XƏBƏRLƏR
-
AK, 1/2 final: Neftçi İK - Baku Fire 4:7 (fotoreportaj)
-
AK, 1/2 final: Neftçi İK - Baku Fire 4:7 (video)
-
Finalçılar müəyyənləşib
Bu gün Azərbaycan kubokunun yarımfinal oyunları keçirilib. Mərhələnin ilk duelində Yüksək Liqanın iki komandası üz-üzə gəlib. Çempionatda gümüş medalları “Baku Fire”ə uduzan “Neftçi” finala yüksəlməklə bunu sığortalamağa çalışırdısa, nominal qonaqlar titulunu qorumaq iddiasında idi. Hər iki komanda meydana optimal heyətlə çıxmışdı.
İlk dəqiqələrdən qapıçını meydan oyunçusu ilə əvəzləyən “Baku Fire” 3-cü dəqiqədə bunun bəhrəsini gördü. Manafov komandasına hesabda üstünlük qazandırdı. Növbəti qol isə 10-cu dəqiqədə vuruldu. Bu dəfə Rüstəmli fərqi 2 top çatdırdı. Fasiləyə qədər Manafov dubl etmək şansını qaçırmadı.
İkinci hissəyə “Neftçi” qolla başlasa da, cəmi 40 saniyə sonra Manafov yenidən fərqi 3 topa çatdırdı.Ümumiyyətlə ikinci hissə daha məhsuldar keçdi. Komandalar hərəyə 4 top vurdu. Yekynda isə qələbəni bayram edən “Baku Fire” ilk finalçı oldu.
İkinci oyunda hesabı PFL açsa da, “Araz-Naxçıvan” fasiləyə qədər status-kvonu bərpa edib. Amma ikinci hissədə nominal qonaqlar oyunda ikinci dəfə hesabı xeyrinə dəyişib. Ancaq braziliyalılar ardıcıl qollar vurmaqla sürprizə imkan verməyib.
Beləliklə Azərbaycan kubokunun final matçında Yüksək Liqanın qızıl və gümüş medalçıları – “Araz-Naxçıvan” və “Baku Fire” qarşılaşacaq. Oyun mayın 7-də, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək.
-
Bu gün Azərbaycan kuboku, ½ final
Bu gün Azərbaycan kubokunun yarımfinal oyunları keçiriləcək. Günün ilk oyunu CBC Sportla, ikinci matçı isə azfutzaltv YouTube platformasından canlı yayımlanacaq. Qalib komandalar mayın 7-də keçiriləcək final matçında üz-üzə gələcəklər.
-
Birinci Liqa, XXI tur: Təyinatlar
Birinci Liqada XXI turun oyunlarına təyinatlar açıqlanıb. İki matç Bakı İdman Sarayında, 4 görüş isə Olimpik Starda keçiriləcək.
-
Birinci Liqa: Qol vuranlar
Birinci Liqada 20-ci turdan sonra qol vuranların siyahısı:
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada sonuncu tur öncəsi sarı vərəqələrin göstəricisi açıqlanıb. İki futzalçı son matçda meydana çıxa bilməyəcək.
-
Yarımfinal oyunları canlı yayımlanacaq
Azərbaycan kubokunun yarımfinal mərhələsinin hər iki oyunu canlı yayımlanacaq.