XƏBƏRLƏR
-
Sükut, 10 qol, 3 qırmızı, 2 sarı vərəqə və “sülh”
Bu gün Yüksək Liqada yeni mövsümə start verildi. 2023-2024-cü il mövsümünün ilk matçında “Neftçi” İK – “Baku Fire” komandaları qarşılaşdı. Oyundan əvvəl dövlət himni səsləndi, daha sonra 27 sentyabr – anım günü ilə əlaqədar olaraq ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Yeri gəlmişkən, 2022-2023-cü il mövsümünün açılış matçında da bu komandalar rəqib olmuşdu və oyun qolsuz heç-heçə ilə yekunlaşmışdı.
Bu dəfə hesab erkən açıldı. Əvvəlcə nominal meydan sahibi olan “Neftçi” tarazlığı pozdu. Fərid Atakişiyev çempionatın ilk qolunun müəllifi oldu. Amma rəqibin cavabı çox çəkmədi. 10-cü dəqiqədə isə hesab “Baku Fire”in xeyrinə dəyişdi. Yeri gəlmişkən, “siftə” qırmızılarla da zəngin oldu. “Neftçi”nin heyətində ilk oyununa çıxan Reza Abgoun boş qapıya istiqamətlənən topu əli ilə qaytardığına görə meydanı erkən tərk etdi. Ondan 1 dəqiqə sonra isə Zamanov komandasını azlıqda qoydu. Hesab növbəti dəfə hissənin sonuna 3 dəqiqə qalmış dəyişdi. Əvvəlcə nominal qonaqlar fərqi artırdı. Ancaq 40 saniyə sonra Ülvi rəqib torunu silkələdi. Vahib isə tablodakı rəqəmləri eyniləşdirdi.
İkinci hissədə “Baku Fire” tarazlığı lehinə pozdu. 29-cu dəqiqədə isə bu dəfə Anar Məmmədov cərimə meydançasından kənarda topu əli ilə qaytardığına görə meydanı erkən tərk etməli oldu. Baş verənlər sanki “Neftçi”nin oyuna motivasiyasını artırdı. Sona 3 dəqiqə qalmış paytaxt klubu ardıcıl 2 qol vurdu və hesabda önə keçdi. Amma bu dəfə də açılış oyununda qalib müəyyənləşmədi. Kənan oyunda 10-cu qolu vurmaqla tablodakı 5-ləri də eyniləşdirdi. Beləliklə ötən mövsüm olduğu kimi, bu dəfə də çempionatın ilk oyununda xallar yarı bölündü.
-
Bu gün Yüksək Liqa, I tur
Bu gün Yüksək Liqada yeni mövsümə start verilir. Bakı İdman Sarayında keçiriləcək ilk matçda "Neftçi" İK - "Baku Fire" qarşılaşacaq. FİFA referilərinin idarə edəcəyi oyun CBC Sport-la canlı yayımlanacaq.
-
“Milli komanda üçün yeni futzalçı nəsli yetişdirmək istəyirik”
“Neftçi” İK-nın baş məşqçisi Hacıbala Abdullazadə yeni mövsümün ilk oyununa hazırlıq, eləcə də komandadakı durumla bağlı bunları dedi:
-
“Diqqətli olmalıyıq”
Sabah Yüksək Liqada yeni – 2023-2024-cü il mövsümünə start veriləcək. CBC Sport-la canlı yayımlanacaq açılış matçında ötən çempionatın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” qarşılaşacaq. Bəs komandalar yeni mövsümə hazırdırmı? “Baku Fire”in baş məşqçi Teymur Eyvazovu dinləyək:
-
Birinci Liqa, I tur: Oyun cədvəli
Birinci Liqada I turun oyun cədvəli açıqlanıb. Oktyabrın 1-də Bakı İdman Sarayında keçiriləcək tura saat 13:00-da start veriləcək.
-
Azərbaycan – Qazaxıstan oyununa təyinatlar
DÇ-2024-ün elit-raund mərhələsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununa təyinatlar açıqlanıb. Oyunu Finlandiyadan olan hakimlər idarə edəcək. Timekeeperin kimliyi açıqlanmayıb.
-
“Niyə də yox?!”
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Niderlandla qarşılaşan və 6:1 hesablı qələbə qazanan millimiz xal hesabını da açmış oldu. Oyunla bağlı millinin təcrübəli müdafiəçisi Amadeunun azfutzal.az-a müsahibəsini təqdim edirik.
-
Qazaxıstan – Azərbaycan: Hakimlər
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb. Astanada baş tutacaq oyunu Bolqarıstandan olan hakimlər idarə edəcək.