...

Mərkəzi oyunda “sülh”


Yüksək Liqada II dövrənin sonuncu – X turun oyunları keçirilib. Turun açılış matçında lider 4 xal qabaqladığı ən yaxın izləyicisi ilə üz-üzə gəldi. İlk dəqiqələrdən “Baku Fire” ənənəvi oyun sistemindən – “5 oyunçu”dan istifadə etməklə həm topa nəzarəti özündə saxlamağa, həm də rəqib qapısına yol tapmağa çalışdı. Hesab 7-ci dəqiqədə açıldı. Nominal meydan sahibi komandanın yeni transferi Soares fərqləndi. Amma bu üstünlük 6 dəqiqə davam etdi. 13-cü dəqiqədə “ağ-qaralar” hesaba tarazlıq gətirdi. Abdul Ghafar çempionatda ilk qolunu vurdu. İkinci hissədə daha gərgin keçdi. 33-cü dəqiqədə nominal qonaqlar oyunda ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Bu dəfə Paulo “sülh”ü pozdu. 37-ci dəqiqədə isə qapıçının səhvi həlledici oldu və bombardir fərqi 2 topa çatdırdı. “5 oyunçu” ilə mübarizəyə başlayan “Neftçi” rəqibin arıdıcl 2 təhlükəli epizodundan sonra “vurmayana vurarlar” deyiminin əbəs olmadığını göstərdi. Bu dəfə Emil Həsənzadə “Baku Fire”nin qapısına yol tapdı. Sona 6 saniyə qalmış isə Tofiq avtoqol etməklə hesabı bərabrələşdirdi. İkinci oyunda “Şuşa” autsayderlə qarşılaşıb. Meydan sahibi komandanın asan qələbə qazanacağı gözlənilsə də, meydanda əksi baş verdi. Düzdür, hesabı “Şuşa” açdı, ancaq fasiləyə qədər “Yasamal Bakı” tablodakı rəqəmləri bərabərləşdirdi. İkinci hissəyə də “Şuşa” qolla başladı. Tədricən üstünlüyünü artıran debütant yekunda 4-cü qələbəsini bayram edib. Turun son oyunu “Araz-Naxçıvan” üçün məşq xarakterli keçdi desək, yanılmarıq. Düzdür, son çempion əsas oyunçularına istirahət vermişdi. U-19-un isə 8 futzalçısı müxtəlif səbəblərdən komandasına kömək edə bilmirdi. Fasiləyə qədər rəqib qapısından 7 cavabsız top keçirən “qırmızı-ağlar” ikinci hissədə də fərqi artırıb və turun yeganə böyükhesablı qələbəsini aktivinə yazdırıb. Bu qələbə sayəsində “Araz-Naxçıvan” “Neftçi” İK ilə xallarını bərabərləşdirib və ikinci pilləyə yüksəlib.

Baku Fire – Neftçi İK (1:1)  3:3

15 fevral. Olimpik Star. Saat 13:00      

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Henrique Soares, 6:18, Paulo Henrique, 32:16, İaqo Henrique, 36:33 // Abdul Ghafar, 12:19,  Emil Həsənzadə, 38:22, Tofiq Mikayılov, 39:54 (ö/q)

Sarı vərəqələr:  İaqo Henrique, 11:58, Fərid Abbasov, 12:19, Teymur Eyvazov (baş məşqçi), 34:58, Tofiq Mikayılov, 39:34 // Emil Həsənzadə, 3:47, Zaur Sultanov, 39:54, Əli Hüseynov (“Neftçi”İK məşqçi), 39:54

 

Şuşa – Yasamal Bakı (1:1) 4:2

15 fevral. Olimpik Star. Saat 15:00

Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: İlham Alıyev, 2:42, 33:09, Sadegh Javiditabar, 20:20, Nüsrət Fərzəli, 24:27 // Qüdrət Qasımzadə, 13:07, Elmir Xəlilov, 39:52

Sarı vərəqələr: Nüsrət Fərzəli, 18:52, İlham Alıyev, 22:17, // Qüdrət Qasımzadə, 19:11, Davud Bagheri, 19:36, İmaməli Hüseynov, 22:17, Emil İsrəfilov, 39:02

 

Araz-Naxçıvan – U-19 (7:0) 11:0

15 fevral. Olimpik Star. Saat 17:00

Hakimlər: Rza Məmmədov, Kənan Məlikov, Mahir Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Roman Adamov, 0:23, 3:02, 9:55, Amirhossein Rasouli, 1:53, 25:55, 36:13, Giovanny, 7:50, 11:47,  Nurlan Məmmədov, 16:59, 39:47,  Ülvi Əliyev, 28:10

Sarı vərəqələr: Lazar Milosavljevic, 26:31, Roman Adamov, 31:15 // Oqtay Mahmudzadə, 33:23