Yüksək Liqada XI turun oyun cədvəli açıqlanıb. Tura lider “Baku Fire” və ikinci pillədə qərarlaşan “Araz-Naxçıvan” dueli ilə start veriləcək. Turun oyunları cari mövsümdə ilk dəfə olaraq Bakı İdman Sarayında keçiriləcək.
Baku Fire – Araz-Naxçıvan
20 fevral. Bakı İdman Sarayı. Saat 14:00
Şuşa – Neftçi İK
20 fevral. Bakı İdman Sarayı. Saat 16:00
U-19 – Yasamal Bakı
20 fevral. Bakı İdman Sarayı. Saat 18:00