XƏBƏRLƏR
-
Pley-off və final oyunlarının təqvimi
Yüksək Liqada 2022-2023-cü il mövsümünün pley-off mərhələsinin və final matçının təqvimi müəyyənləşib. Əsasnaməyə görə, əsas mərhələni ilk “4-lük”də başa vuran komandalar mübarizəni pley-off-da davam etdirəcək. Birinci pillənin sahibi 4-cü, ikinci yeri tutan komanda isə özündən sonrakı pillədə yer alan kollektivlə üz-üzə gələcək. Bu mərhələdə 2 qələbə qazanan komandalar finalda gücünü sınayacaq. Məğlublar isə bürünc medalçının adını müəyyənləşdirəcək. Onu da qeyd edək ki, pley-off mərhələsində oyunlar zamanı əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət daha iki hissədə mübarizə aparacaq. Yenə hesabdakı tarazlıq pozulmazsa, penaltilər seriyasına yer veriləcək.
-
YL, XVII tur: Record club - Araz-Naxçıvan (fotoreportaj)
-
Birinci Liqa, XVII tur: Oyun cədvəli
Birinci Liqada XVII turun oyun cədvəli açıqlanıb. Görüşlər aprelin 22-də Olimpik Starda keçiriləcək.
-
Yüksək Liqa, XVIII tur: Oyun cədvəli
Yüksək Liqada XVIII turun oyun cədvəli açıqlanıb. Matçlar aprelin 22-də Olimpik Starda keçiriləcək.
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada XVI turdan sonra iki futzalçı sarı vərəqə limitini doldurduğuna görə, növbəti oyunda iştirak etməyəcək.
-
16-cı turun oyunları keçirilib
Bu gün Birinci Liqada XVI turun oyunları keçirilib. Turun ilk qələbəsini “Baku Fire-2” qazanıb. İddialı komanda yeniyetmələrdən ibarət millini məğlub edib. Günün digər matçında “Dəstə Ordubad” qələbə qazanaraq turnir cədvəlində mövqeyini bir pillə yaxşılaşdırıb. Növbəti dueldə qələbə sevincini “Şuşa” yaşayıb. Medallara iddialı iki komandanın görüşü daha gərgin keçib. “Alyans Qrup” yarışdan kənarlaşdırıldığına görə, ADBTİA-nın aktivinə 3 xal yazılıb.
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada XVII turdan sonra sarı vərəqələrin göstəricisi belədir:
-
Məhsuldar tur
Bu gün Yüksək Liqada XVII turun oyunları keçirilib. Oyunlar məhsuldarlığı ilə yadda qalıb.