...

Millimiz yoldaşlıq oyunu keçirib


Azərbaycan millisi bu gün Çexiya yığması ilə yoldaşlıq oyunu keçirib. Zlin şəhərində baş tutan ilk matçda meydan sahibi qələbə qazanıb. Birinci hissədə 2 cavabsız top vuran rəqib ikinci hissədə hesabdakı üstünlüyünü qorudu. Komandamız isə fasiləyə qədər azı 3 epizodda rəqib torunu silkələyə bilərdi. Yeri gəlmişkən, bu matçda millizin heyətində 3 futzalçı - Fərid Abbasov, Mirzə Əmirov və Eldar Zeynalov debüt edib. Bu komandalar arasında növbəti oyun sabah – sentyabrın 20-də, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Çexiya – Azərbaycan (2:0) 3:0

Beynəlxalq yoldaşlıq oyunu

19 sentyabr. Zlin. Saat 21:00

Hakimlər: Radim Çep, Luboş Rygl, Lukaş Jurça

Qollar: David Drozd, 2:39, Adam Knobloç, 19:04, Radim Zaruba, 37:28

Sarı vərəqə: Emil Həsənzadə, 35:58

 

Çexiya

1. Miçal Hula (q), 5. Pavel Drozd, 9. Tomaş Koudelka, 10. Miçal Seidler, 11. David Drozd, 12. Adam Vondraçek (q), 2. Duşan Kunstner, 3. Matej Maur, 4. Radim Zaruba, 6. Tomaş Kuçta, 8. Filip Havrda, 13. Miçal Holy, 14. Dominik Balog, 18. Adam Knobloç

Baş məşqçi: Marek Kopeçki

 

Azərbaycan

1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 8. Murad Quluzadə, 9. Ülvi Əliyev, 20. Tofiq Mikayılov, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 2. İlham Alıyev, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 14. Emil Həsənzadə, 10. Fərid Abbasov, 17. Oktay Rüstəmli

Baş məşqçi: Vitali Borisov