AZƏRBAYCAN KUBOKU
-
İlk oyunlara yekun vuruldu
Bu gün keçirilən 10 matçla Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunlarına yekun vuruldu.
-
“Red Line” “tilsimi sındırdı”
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunları çərçivəsində daha 5 oyun keçirildi. Günün ilk oyununda ölkəmizi eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil ediləcək Çempionlar Liqasında təmsil edəcək “Ulduz”la “Dalğa” qarşılaşdı. Görüşdə hesab ilk hücumda açıldı. Aqşin Cəfərov aşırma zərbə ilə rəqib torunu silkələdi. Ancaq 4 dəqiqə sonra Rauf Cavadov status-kvonu bərpa etdi. 10-cu dəqiqənin tamamında Cavadov dubl etməklə hesabı komandasının lehinə dəyişdi. İkinci hissədə daha bir qol vuran İkinci Liqa təmsilçisi ilk matçı qalib başa vurdu.
İkinci oyunda vaxtilə böyük futbolda izlədiyimiz oyunçuları bu dəfə futzal meydanında gördük. Ramazan Abbasoz, Zeynal Hüseynov “Star karqo-2”nin uğur qazanması üçün çalışırdı. Elə hesabı da Abbasov açdı. Fasiləyə qədər 4 cavabsız top vuran “Star karqo-2” ikinci hissədə də üstünlüyünü davam etdirdi və böyükhesablı qələbə qazandı.
“Atletiko Baku” – “Metropoliten” matçını isə günün mərkəzi oyunu hesab etmək olar. Dueldə ilk qol sevincini “Atletiko Baku” yaşadı. Səid Abasovun vurduğu qolun qarşılığını isə Teymur Nəsibov verdi. “Metropoliten”in bombardiri Rüfət isə fasiləyə qədər hesabı komandasının xeyrinə dəyişdi. İkinci hissəyə meydan sahibləri fəal başladı. Əvvəlcə Həsən Camalzadə tarazlığı bərpa etdi, ardınca Səid dublnu rəsmiləşdirdi. Ancaq oyundan qopmayan “metroçular” Rüfətlə tablodakı rəqəmləri eyniləşdirdi. Abasov kubokda iddialı olan komandasının yenidən üstünlük qazanmasının memarı oldu. Təyin olunan 10 metrlik zərbələri dəqiq yerinə yetirən Səid fərqi artırmağı bacardı.
“Vəkillər” də oyuna fəal başladı. Amma fasiləyə qədər qarşılıqlı qolların şahidi olduq. İkinci hissədə “Advokat” yenidən hesabda önə keçdi. Cərimə zəbəsini uğurla tamamlayan “Rayyan” “iki”ləri cütləşdirdi. Ceyhun Şirinlinin qolu isə “vəkillər”ə yenidən qalib statusu qazandırdı. Nurəli Əsədov fərqi artıran qolun müəllifi oldu. Əsədov hətta het-trik etməyə də imkan tapdı.
Nəhayət günün son oyununda üstün tərəf Birinci Liqa təmsilçisi oldu. Artıq 15-ci saniyədə hesabı açan “Red Line” 20 saniyə sonra fərqi 2 topa çatdırdı. Ardıcıl qolları sıralayan Birinci Liqa təmsilçisi qalib gəldi.
-
“İkincilər” “birincilər”ə “dərs” keçdi
Bu gün keçirilmiş 5 oyunla Azərbaycan kubokunda 2019/2020-ci il mövsümünə start verildi. Kubokun il matçında öz liqalarının autsayderi olan “Yurd” və “Veqa” komandaları üz-üzə gəldi. Hesabı yeni adı ilə ilk matçını keçirən “Yurd” açdı. Emin Əliyev kubok mövsümündə ilk qolun müəllifi oldu. Əliyev fasiləyə 4 saniyə qalmış fərqi iki topa çatdırdı. İkinci hissədə də daha çox qol vuran “Yurd” komandası ilk oyunu qalib başa vurdu.
İkinci oyun daha maraqlı keçdi. Gənc oyunçulardan təşkil olunmuş “Baku Fire-2” 14 dəqiqə müqavimət göstərdi. “Hövsan” komandası Valeh Həsənovla hesabdakı tarazlığı pozdu. Fasiləyə 17 saniyə qalmış rəqibini əks-hücumda yaxalayan nominal meydan sahibləri fərqi 2 topa çatdırdı. İkinci hissədə “qonaq”lar fərqi minimuma endirdi. Bu dəfə Elşən Zərbəliyev penaltini dəqiq yerinə yetirdi. Ardınca Kənan Rövşani hesabı bərabərləşdirdi. Ancaq şansları dəyərləndirməyi bacaran “Hövsan” rəqibin səhvlərini bağışlamadı. Yekunda qələbəni yenə İkinci Liqa komandası qazandı.
Üçüncü oyun “Altay”ın aşkar üstünlüyü ilə keçdi. Bu üstünlüyü hesaba da daşıyan nominal meydan sahibləri ilk oyunu böyükhesablı qələbə ilə yekunlaşdırdı.
Növbəti oyunda da sevinən İkinci Liqa təmsilçisi oldu. Bu dəfə “Zirvə Bakı-2” komandası “Baku Fans”dan güclü oldu. Gərgin keçən oyunun ilk 10 dəqiqəsi qarşılıqlı hücumlarla keçsə də, üstünlüyünü artıran “Zirvə Bakı-2” hesabı da lehinə dəyişməyi bacardı. Fasiləyə qədər meydan sahibləri fərqi 2 topa çatdırdı. İkinci hissədə isə “Baku Fans” qolları sıraladı və 24-cü dəqiqədə artıq tabloda hər iki komandanın aktivində 2 qol var idi. Toparlanan “Zirvə Baku-2” fərqi yenidən 2 topa çatdırdı. “Baku Fans” fərqi minimuma endirsə də, məğlubiyyətdən qaça bilmədi. Günün son matçında “Borçalı” “Çinar Cəbrayıl”ı sınağa çəkib. İlk 5 dəqiqədə 2 top vuran “Borçalı” qələbənin təməlini qoymuş oldu. Üstünlüyünü sona qədər əldən verməyən nominal meydan sahibləri “ikincilər”in “birincilər” üzərində qələbə seriyasının pozulmasına imkan vermədi. Beləliklə ölkə kubokunun ilk günündə keçirilən 5 oyunun hamısında İkinci Liqa təmsilçiləri qələbə qazandı.
-
Bu gün Azərbaycan kubokunun oyunlarına start veriləcək
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunlarına start veriləcək. Mərhələnin oyunları 3 gün davam edəcək və Bakı İdman Sarayında keçiriləcək.
-
Azərbaycan kuboku, 1/32 final, ilk oyunlar: Təyinatlar
Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Qarşılaşmalar 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.
-
Bir oyun canlı yayımlanacaq
Xəbər verdiyimiz kimi, yanvarın 10-da, 11-də və 12-də Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunları keçiriləcək. Bu mərhələnin bir oyunu CBC Sport televiziya kanalı vasitəsilə caanlı yayımlanacaq. Söhbət öz liqalarının lideri olan NTD və “AjaxBaku” duelindən gedir. Matç yanvarın 12-də, saat 13:15-də Bakı İdman Sarayında keçiriləcək.
-
Azərbaycan kuboku, 1/32 final, ilk oyunlar: Oyun cədvəli
Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunlarının keçiriləcəyi tarix və matçların başlama saatı açıqlanıb. Qarşılaşmalar 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.
-
Azərbaycan kubokunun püşkatma mərasimi (fotoreportaj)