Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 görüş keçirildi. Günün ilk oyununda Yüksək və Birinci liqaların iddialı komandaları qarşılaşdı. İlk dəqiqənin tamamında EKOL Əsgərin dublu sayəsində hesabda önə keçdi. Ardınca Oktay dubl etmək bacarığını göstərdi. “Yaşıllar” fasiləyə qədər üstünlüyünü 8 topa çatdırdı, ki, kapitanın da bunda əməyi az olmadı. İkinci hissədə daha 4 qol vuran EKOL ilk oyunda böyük üstünlük qazandı. İkinci Liqa klublarının üz-üzə gəldiyi digər oyunda tərəflər qarşılıqlı hücumlar qursa da, “Yurd” fasiləyə qədər daha məhsuldar oldu. İkinci hissədə isə “Hövsan” komandası qarşılıq verdi və ilk oyunda qalib müəyyənləşmədi. Qeyd edək ki, Neftçi – Badamlı və Nəqşicahan – Baku Fans görüşü qeyri-müəyyən vaxta təxirə salınıb.
Saat 19:45 EKOL – Standard (8:0) 12:0
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Fuad Həsənov
Qollar: Əsgər Abasov, 0:44, 01:01, Oktay Rüstəmli, 03:18, 03:47, 14:12, Faiq Əliyev, 13:39, 39:21, 39:42, Namiq Məmmədkərimov, 15:17, 16:28, 24:23, Fərid Ələkbərov, 33:10
Sarı vərəqə: Hüseyn Axundov, 05:29
Saat 21:15 Hövsan – Yurd MFK (1:3) 4:4
Hakimlər: Mehman Mahmudov, Elvin Ağayev, Vüsal Balaşov
Qollar: Rövşən Novruzlu, 12:25 (pen.), İlham İsmayilli, 27:15, Muxtar Həsənov, 33:36, 35:55 // Emin Əliyev, 03:42, 15:24, 32:15, Yusif Kərimov, 12:58
Sarı vərəqə: Rufin Sarıyev, 24:42
Qırmızı vərəqə: Hafiz Qurbanov, 12:23