AZƏRBAYCAN KUBOKU
-
Azərbaycan kuboku, 1/16 final: Təyinatlar
Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarına təyinatları diqqətinizə çatdırırıq:
-
Azərbaycan kuboku, 1/16 final: Oyun cədvəli
Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyun cədvəli açıqlanıb. Yanvarın 25-də 4, ertəsi gün 5 qarşılaşma keçiriləcək. Oyunların hamısı Bakı İdman Sarayında baş tutacaq. Oyun cədvəlini diqqətinizə çatdırırıq:
-
1/16 final mərhələsinin püşkü atıldı (fotolar)
Bu gün Bakı İdman Sarayında Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkü atılıb. Əvvəlki mərhələdə olduğu kimi, yenə mübarizə Birinci və İkinci liqaların təmsilçiləri arasında gedəcək. Xüsusilə də qış fasiləsinə turnir cədvəlinin ikinci və üçüncü pilləsində yollanan ADBTİA – “Standard” dueli diqqətləri cəlb edir.
-
Azərbaycan kuboku, 1/32 final (fotoreportaj-4)
-
1/16 final mərhələsinin püşkü atılacaq
Yanvarın 16-da, saat 15:00-da Bakı İdman Sarayının mətbuat konfransı otağında Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkü atılacaq. 1/16 finalda bu komandalar mübarizə aparacaqlar: “Green Log”, “Advokat”, “Borçalı”, ADBTİA, “Baku Fire”, “Dalğa”, “Təbriz”, “Mübariz”, “Hövsan”, “Avanqard”, “Gənclik”, “Gilan Construction”, “Xəzər Astara”, “Füzuli”, “Bibi-Heybət”, “Rəvan”, “Obolon”, “Standard”. Komanda nümayəndələrinin iştirakı vacibdir.
Bu mərhələnin oyunları yanvarın 25-də və 26-da keçiriləcək.
-
Azərbaycan kuboku, 1/32 final (fotoreportaj-3)
-
1/32 final mərhələsinə yekun vuruldu
Bu gün keçirilən 9 oyunla ölkə kubokunun 1/32 final mərhələsinə yekun vuruldu. İlk oyunda “Avanqard” rəqibinə göz açmağa imkan vermədi. Hesab da bunu göstərir. Amma ikinci oyun maraqlı keçdi. “Ulduz” zəif çıxış etməsə də, son saniyələrdə hesabı bərabərləşdirmək şansını qaçırdı. Halbuki, Elşad İbrahimlinin yetirmələri bunu reallaşdıracaq gücdə idi. “Gilan Construction” isə yenilənmiş SAB-ı mübarizədən kənarlaşdırdi. Əsasən gənc futzalçılardan təşkil olunmuş SAB oyunu ilə izləyicilərin alqışını qazandı. Günün, bəlkə də mərhələnin ən gərgin oyunu “Xəzər Astara” – “Atletiko Baku” matçı oldu. Fasiləyə minimalhesablı üstünlüklə yollanan əyalət təmsilçisi ikinci hissənin əvvəlində bunu əldən versə də, sona yaxın əvvəlcə 10 metrlik zərbə ilə hesabı lehinə dəyişdirdi. Qalan dəqiqələrdə daha 2 qol vuran, bir dəfə isə 10 metrlik zərbədən yararlana bilməyən “Xəzər Astara” mərhələni adlayan tərəf oldu. Əsasən gənclərdən təşkil olunmuş “Füzuli” də mübarizəni davam etdirənlər sırasında yer almağı bacardı. “Zəngilan” – “Bibi-Heybət” qarşılaşması da gərginliyi ilə yadda qaldı. Fasiləyə qədər qapılara qol vurulmayan qarşılaşmanın ikinci hissəsində nominal qonaqlar hesabı açsa da, təcrübəli Qədir Rüstəmov status-kvonu bərpa etdi. Əsas vaxtda qalib müəyyənləşmədiyinə görə, komandalar hər biri 5 dəqiqədən ibarət əlavə iki hissədə mübarizə apardı. “Bibi-Heybət” qələbəni aktivinə yazdırdı. AZMİU - “Rəvan” dueli sürprizlə başladı. “tələbələr” ardıcıl 2 qol vurmaqla iddialı “Rəvan”a şok yaşatdı. 12-ci dəqiqədə Pərviz Qaraxanov penaltini qaçırsa da, komanda yoldaşları fasiləyə qədər status-kvonu bərpa edə bildi. Növbəli qol prinsipi ikinci hissədə də davam etdi. 8 qol vurulsa da, qalib müəyyənləşmədi və komandalar əlavə iki hissədə gücünü sınamalı oldu. Rəqibin yorğunluğundan da maksimum istifadə edən “Rəvan” 3 top fərqi ilə qalib gəldi. İkinci Liqanın lideri “Obolon” sürprizə imkan vermədi. Mərhələnin son oyunu da kifayət qədər maraqlı alındı. Xüsusilə də “STAR karqo”nun heyətində yer alan Ramal Hüseynovu, eləcə də qardaşı Zeynalabdin Hüseynovu futbol azarkeşləri daha yaxından tanıyır. Vaxtilə milli komandanın da formasını geyinmiş Ramal indi futzal üzrə İkinci Liqada çıxış edən “STAR karqo”ya keçib. O, debütünü həm sarı, həm qolla qeyd etdi. Oyun isə dramatik alındı. “STAR karqo” sona 20 saniyə qalmış hesabı bərabərləşdirdi və matç əlavə vaxta daşındı. Əlavə vaxtda ardıcıl qollar vuran “Standard” oyunu qalib başa vurdu
1/16 finalda bu komandalar mübarizə aparacaqlar: “Green Log”, “Advokat”, “Borçalı”, ADBTİA, “Baku Fire”, “Dalğa”, “Təbriz”, “Mübariz”, “Hövsan”, “Avanqard”, “Gənclik”, “Gilan Construction”, “Xəzər Astara”, “Füzuli”, “Bibi-Heybət”, “Rəvan”, “Obolon”, “Standard”.
Püşkatmanın tarixi barədə əlavə məlumat veriləcək.
-
Mərhələnin son oyun günü
Bu gün Olimpik Starda keçiriləcək 9 oyunla Azərbaycan kubokunun 1/32 final mərhələsinə yekun vurulacaq. Günün oyun cədvəlini və qarşılaşmaları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq: