AZƏRBAYCAN KUBOKU
-
Azərbaycan kuboku, 1/32 final (fotoreportaj-2)
-
Baku Fire, Dalğa, Mübariz, Təbriz və Hövsan 1/16 finalda
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsində daha 5 oyun keçirildi. Günə “Baku Fire” derbisi ilə start verildi. Birinci Liqanın iddialı komandası böyükhesablı qələbəyə sevindi. Amma “ikincilər”in asan təslim olduğunu demək də düzgün olmazdı. İkinci oyun daha maraqlı alındı. “Baku Fans” erkən qol vursa da, “Dalğa”nın cavabı gecikmədi. Cəmşid Məhərrəmov fasiləyə qədər ardıcıl iki qol vurmaqla komandasına üstünlük qazandırdı. İkinci hissədə qapılara qol vurulmadığından İkinci Liqa təmsilçisi növbəti mərhələyə yüksəldi. Yeni adı ilə ilk oyununa çıxan “Mübariz” FK-nın işi də çətin olmadı. “Təbriz” də “Abşeron”dan üstün olmağı bacardı. Günün son oyununda qələbəni və vəsiqəni “Hövsan” qazandı. Beləliklə Baku Fire, Dalğa, Mübariz, Təbriz və Hövsan 1/16 finaldakı rəqiblərini gözləyirlər.
-
Bu gün daha 5 oyun keçiriləcək
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsində daha 5 oyun keçiriləcək. Görüşlər saat 18:00-dan etibarən Olimpik Starda baş tutacaq.
-
Azərbaycan kuboku: 1/32 final (fotoreportaj-1)
-
Dörd komanda növbəti mərhələdə
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinə start verilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olub. Mərhələnin ilk iki oyunu gərgin matçlarla yadda qalıb. Fasiləyə qədər rəqib qapısından 2 cavabsız top keçirmiş “Green Log” ikinci hissədə qapısını toxunulmaz saxlaya bilməyib. “Baker Tilly” fərqi minimuma endirsə də, artığına gücü çatmayıb. U-19-da mübarizəni startdaca dayandırıb. “Advokat”la matçın gedişində 2 top fərqi ilə geri düşən Ağatahir Əzimovun yetirmələri status-kvonu bərpa etsə də, sona yaxın məğlubiyyətdən qaça bilməyib. Üçüncü oyun məhsuldarlığı ilə yadda qalıb. “Borçalı” böyükhesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb. Elə ADBTİA da inamlı qələbə qazanıb.
-
Bu gün 4 oyun keçiriləcək
Bu gün ölkə kubokunun 1/32 final mərhələsinə start veriləcək. Olimpik Starda keçiriləcək mərhələ çərçivəsində bu gün 4 oyun baş tutacaq.
-
Oyun cədvəlində dəyişiklik edilib
Azərbaycan kubokunun 1/32 final mərhələsinin oyun cədvəlində dəyişiklik edilib. Green Log - Baker Tilly matçı saat 22:30-da deyil, 18:30-da start götürəcək. U-19 – Advokat və Füzuli - Bədr FK Xocalı görüşlərinin başlama günü və saatı da dəyişdirilib.
-
25-ci kuboku kim qazanacaq?
Həftəsonu futzal üzrə Azərbaycan kubokunda 2018/2019-ci il mövsümünə start veriləcək. Bu dəfə mübarizə 1/32 finaldan başlayacaq. Reqlamentə əsasən Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olacaq. Oyunlar 3 gün ərzində - yanvarın 11-də, 12-də və 13-də Olimpik Starda keçiriləcək. Bu mərhələnin qalibləri daha onra 1/16 finalda rəqib olacaqlar. Yüksək Liqa iştirakçıları 1/8 finaldan başlayaraq kubok oyunlarında iştirak edəcəklər.
Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.
Digər kubok sahiblərindən EKOL 3 (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.