AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
LİQALAR
Yüksək Liqada qış fasiləsi nə vaxt başa çatacaq?
Yüksək Liqada qış fasiləsinin nə vaxt başa çatacağı dəqiqləşib. Komandalar mübarizəyə fevralın 20-dən start verəcəklər və həmin gün XV turun qarşılaşmaları keçiriləcək. Gələn ayın 24-də və 27-də isə XVI və XVII turun matçları baş tutacaq.
“Emin spor” yeni adla başlayacaq
İkinci Liqa: Qol vuranlar
İkinci Liqada da fasilədir. Bəs qış fasiləsinə qədər kim neçə qol vurub?
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada XIX turdan sonra sarı vərəqələrin göstəricisi açıqlanıb. Bir futzalçı fasiləsən sonra komandasına kömək edə bilməyəcək:
NFL: XII turun oyunları keçirilib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbacan Futzal Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Futbol Federasiyasının təşkilatçılığı ilə dövlət və özəl təşkilatların komandaları arasında təşkil olunmuş Naxçıvan Futzal Liqasında (NFL) XII turun oyunları reallaşıb. Nəticələri diqqətinizə çatdırırıq:
Yüksək Liqada fərqlənənlər
Yüksək Liqada mövsümün yarısı arxada qalıb. Bəs 14 turda kimlər qol vurmağın sevincini yaşayıb?
Birinci Liqada 2019-cu ilə yekun vuruldu
Bu gün keçirilən 5 oyunla Birinci Liqada XIX tura və 2019-cu ilə yekun vuruldu. Günün ilk oyununa “Ulduz” yaxşı başladı. Birinci hissədə ardıcıl 3 cavabsız top vuran Elşad İbrahimlinin yetirmələri üstünlüyünü ikinci hissədə əldən verdi. Fasilədən sonra rəqibini “top atəşi”nə tutan “Qarabağ-Füzuli” hesabı xeyrinə dəyişməklə ili qələbə ilə başa vurmağı bacardı. Qələbə sayəsində əyalət təmsilçisi turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırdı. Liderlər qrupunda yer alan “Standard” itkilərə və startdakı yenilgiyə rəğmən, fərqli hesabla qələbə qazandı. Nəticədə “Standard” qış fasiləsinə ikinci pillədə yollandı. U-19 da turu 3 xalla başa vurdu. Komanda matçın gedişində fərqi xeyli artırsa da, “Rayyan” fərqi minimuma qədər endirməyi bacardı. Di gəl, bundan artığına gücü çatmayan rəqib U-19-un üstünlüyünü qəbul etməli oldu. “Zəngilan” – “Xızı Yasamal” duelində birinci hissə qarşılıqlı qollarla yadda qaldı. İkinci hissədə Rasim Əsədovun qolları sayəsində nominal meydan sahibləri hesabı lehinə dəyişdi. Yekunda qələbə qazanan “Zəngilan” turnir cədvəlində “Xızı Yasamal”ı qabaqlamağı bacardı. Liderin “Red Line”la dueli isə kifayət qədər maraqlı alındı. İlk qolu nominal qonaqlar vursa da, “AjaxBaku” əbəs yerə zirvədə yer aldığını sübut etdi.
“Yasamal” İSK-2-dən əzmkar qələbə
Bu gün Birinci Liqanın XIX turu çərçivəsində növbəti 4 oyun keçirilib. ADBTİA böyükhesablı qələbəyə sevinib. Uzun aradan sonra “Çinar Cəbrayıl” da turu 3 xalla başa vurub. Günün üçüncü oyunu gərgin və maraqlı keçib. “Yasamal” İSK-2 oyunun əvvəlində 2 top fərqi ilə önə keçsə də, sonradan rəqibin üstünlük qazanmasına mane ola bilməyib. Hətta bir ara “Star karqo”nun hesabdakı üstünlüyü 3 top çatıb. “Come back” edən Yasamal futzalçıları status-kvonu bərpa etməklə kifayətlənməyib, hesabı lehinə dəyişib. “Baku Fans” isə oyunu əvəzetmədən keçirdi və “tələbələr”dən güclü oldu.
BİRİNCİ
‹
224
225
226
227
228
229
230
231
232
233
234
›
SONUNCU