...

Birinci Liqada 2019-cu ilə yekun vuruldu


Bu gün keçirilən 5 oyunla Birinci Liqada XIX tura və 2019-cu ilə yekun vuruldu. Günün ilk oyununa “Ulduz” yaxşı başladı. Birinci hissədə ardıcıl 3 cavabsız top vuran Elşad İbrahimlinin yetirmələri üstünlüyünü ikinci hissədə əldən verdi. Fasilədən sonra rəqibini “top atəşi”nə tutan “Qarabağ-Füzuli” hesabı xeyrinə dəyişməklə ili qələbə ilə başa vurmağı bacardı. Qələbə sayəsində əyalət təmsilçisi turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırdı. Liderlər qrupunda yer alan “Standard” itkilərə və startdakı yenilgiyə rəğmən, fərqli hesabla qələbə qazandı. Nəticədə “Standard” qış fasiləsinə ikinci pillədə yollandı. U-19 da turu 3 xalla başa vurdu. Komanda matçın gedişində fərqi xeyli artırsa da, “Rayyan” fərqi minimuma qədər endirməyi bacardı. Di gəl, bundan artığına gücü çatmayan rəqib U-19-un üstünlüyünü qəbul etməli oldu. “Zəngilan” – “Xızı Yasamal” duelində birinci hissə qarşılıqlı qollarla yadda qaldı. İkinci hissədə Rasim Əsədovun qolları sayəsində nominal meydan sahibləri hesabı lehinə dəyişdi. Yekunda qələbə qazanan “Zəngilan” turnir cədvəlində “Xızı Yasamal”ı qabaqlamağı bacardı. Liderin “Red Line”la dueli isə kifayət qədər maraqlı alındı. İlk qolu nominal qonaqlar vursa da, “AjaxBaku” əbəs yerə zirvədə yer aldığını sübut etdi.

Qarabağ-Füzuli – Ulduz 9:5

Baku Fire-2 – Standard 3:8

U-19 – Rayyan MFK 9:6

Zəngilan – Xızı Yasamal 5:4

AjaxBaku – Red Line 8:2