LİQALAR
-
“Araz” əzəli rəqibini böyük hesabla yendi
Bu gün Yüksək Liqada XXVI turun oyunları keçirilib. İlk oyunda əzəli rəqiblər üz-üzə gəlib. Lider “Araz” medallara iddialı “Neftçi” ilə gücünü sınayıb. Bu komandalar arasında cari mövsümdə keçirilmiş 3 matçın 2-də “Araz” 3:2, birində isə 2:1 hesabı ilə qələbə qazanıb.
Hər iki komanda oyuna itkilərlə çıxmışdı. “Araz”da Rizvan Fərzəliyev, “Neftçi”dən isə Vitali Borisov və Vahid Şəfayi zədəli olduqlarına görə meydana çıxmamışdılar.
Lider fasiləyə qədər oyunun taleyini həll edib. Xətai Bağırov və Hosseyin Seyidabolfazın dubl etdiyi matçda “Araz”ın digər qollarını İsa Atayev, Ali Mikaeli və Mohammadtaha Neyməti vurub. Oyunun gedişində “Neftçi”nin kapitanı Rüfət Balakişiyev birbaşa qırmızı vərəqə alaraq “gəmi”ni erkən tərk edib. Bu qələbə sayəsində “Araz” pley-off mərhələsinə lider kimi yollanmağı təmin edib. Turun son oyununda isə EKOL böyükhesablı qələbəyə sevinib. Bombardirlər yarışında yer alan Məmmədkərimov 21 qol vurub və Hadi Rezvanı qabaqlayıb. Qələbə sayəsində xallarının sayını 48-ə çatdıran EKOL ikinci pilləyə yüksəlib.
-
Birinci Liqa, XXVII tur: Oyun cədvəli
Birinci Liqada XXVII turun oyun cədvəli açıqlanıb. Qarşılaşmalar Olimpik Starda keçiriləcək.
-
Əzəli rəqiblərin dueli
Bu gün Yüksək Liqada XXVI turun oyunları keçiriləcək. İlk oyunda əzəli rəqiblər üz-üzə gələcək. Lider “Araz” medallara iddialı “Neftçi” ilə gücünü sınayacaq. Bu komandalar arasında cari mövsümdə keçirilmiş 3 matçın 2-də “Araz” 3:2, birində isə 2:1 hesabı ilə qələbə qazanıb. Maraqlı qarşılaşma Olimpik Starda saat 14:30-da start götürəcək. Digər oyunda isə EKOL-la “Liman” üz-üzə gələcək.
-
İkinci Liqa: Sarı vərəqələr
Aprelin 24-də və 25-də İkinci Liqada XXXII turun oyunları keçiriləcək. Turöncəsi sarı vərəqələrin göstəricisi belədir:
-
İkinci Liqa, XXXII tur: Oyun cədvəli
İkinci Liqada XXXII turun oyun cədvəli açıqlanıb. Olimpik Starda keçiriləcək qarşılaşmaların başlama vaxtını diqqətinizə çatdırırıq:
-
Yüksək Liqa, XXVII tur: Oyun cədvəli
Yüksək Liqada XXVII turun oyun cədvəli açıqlanıb.
-
Liderin izləyiciləri xalsız qaldı, Hüseynov 22 qol vurdu
İkinci Liqada XXXI turun oyunları keçirilib. Turun ilk matçı həm də mərkəzi görüş hesab edilirdi. Əvvəldən sona qədər üstün tərəf olan “Atletiko Baku” qələbə qazanıb. Lider böyükhesablı qələbəyə sevinib. Ən yaxın izləyicisi isə turu məğlub qapayıb. Əvəzində Avanqard üçüncü pilləyə yüksəlib. Maraqlı məqamlardan biri də “STAR karqo”nun heyətində çıxış edən Zeynalabdin Hüseynovun 22 qol vurmasıdır. Gənclik – Xəzər Astara qarşılaşması isə ikincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Oyunun nəticəsini İntizam Komitəsi açıqlayacaq.
-
XXVI tura yekun vurulub
Birinci Liqada XXVI tura bu gün keçirilmiş 4 oyunla yekun vurulub. Daha doğrusu, “Abşeron” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, “Baku Fire”lə duel baş tutmayıb. Oyunun nəticəsi ilə bağlı qərarı İntizam Komitəsi verəcək. Günün ilk oyununda “Füzuli”, ardınca isə “Standard” böyükhesablı qələbə qazanıb. Tura Yasamal MFK –B – AZMİU dueli ilə yekun vurulub. Bu tur oynamadan 3 xalı U-19 qazanıb.