Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən dövlət və özəl müəssisələr tərəfindən yaradılmış həvəskarlardan ibarət komandalar arasında futzal liqasına start verilib. Turnirdən əvvəl AFFA Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov seminar keçirib. O, yeni oyun qaydaları haqqında məlumat verib, elektron protokolların tətbiqi qaydasını izah edib, məşqçilərin və komanda nümayəndələrinin suallarını cavablandırıb. Daha sonra 24 komandanın iştirak etdiyi yarış 2 dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Artıq I turun 11 oyunu başa çatıb. Bir qarşılaşma - “Təhsil Nazirliyi - “Nəqşicahan Holdinq” matçı isə təxirə salınıb. Nəticələri diqqətinizə çatdırırıq:
Ədliyyə Nazirliyi - Sığorta Agentliyi 2:6
Türkiyə Konsulluğu - “Prestij” 0:6
Naxçıvanbank - Fövqəladə Hallar Nazirliyi 3:9
Penitensiar Xidmət - Dövlət Dəmiryolu 5:2
Daxili Qoşunlar - Mərkəzi Bank 9:0
ƏƏSMN - Daşınmaz Əmlak Xidməti 8:4
“Ağbulaq” - Mədəniyyət Nazirliyi 7:3
Xarici İşlər İdarəsi - Nəqliyyat Xidməti 6:5
Antiinhisar - Hava Limanı 0:8
“Naxçıvan TV” - “Cahan Holdinq” 1:7