LİQALAR
-
“Araz” iranlı futzalçılarla güclənir
Qış fasiləsi zamanı Ramiz Çovdarov, Ruzigar İbrahimzadə və Elşən İbramxəlilovla yollarını ayıran “Araz” güclənmək istiqamətində fəaliyyətini davam etdirir. Klubdan verilən məlumata görə, son çempion 3 iranlı futzalçı ilə anlaşıb. “Yasamal” MFK Baku-dan Sadiq Cavid, “Xəzər Cənub”dan isə Ali Mikaili və Masud Nasirzade fasilədən sonra baş məşqçi Joze Alesio da Silvanın sərəncamında olacaq.
Qeyd edək ki, “Araz” ilk iki dövrədən sonra 27 xal toplayıb və lider EKOL-dan 2 xal geri qalır.
-
Millinin oyunçusu EKOL-a keçdi
İlk iki dövrədən sonra turnir cədvəlinə başçılıq edən EKOL mövqeyini qorumaq üçün heyətini gücləndirməyə çalışır. Paytaxt təmsilçisi Azərbaycan milli komandasının üzvü Ramiz Çovdarovla anlaşıb. Qış fasiləsinə qədər “Araz”ın heyətində çıxış edən futzalçı qarşıdakı yarım il ərzində EKOL-un uğurları üçün mübarizə aparacağını təsdiqləyib.
Qeyd edək ki, “Araz” dövrələrarası fasilədə Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə ilə yollarını ayırıb.
-
“İkincilər” də istirahətə yollandı
İkinci Liqada XIX turun oyunları keçirilib. Dekabrın 25-də və 26-da Olimpik Starda birinci dövrənin son turunun matçları ilk “3-lüy”ə təsirsiz ötüşməyib. Düzdü, lider və ən yaxın izləyicisi turu itkisiz başa vurub. Amma bu matça qədər üçüncü pillədə yer alan “Rəvan” “Təbriz”lə oyunda xal qazana bilmədiyinə və “Hicran” qələbə xanasını artırdığına görə, yerdəyişmə olub. Aktivində 45 xal olan “Hicran” qış fasiləsinə “3-lük”də yollanıb. Turda qeydə alınmış nəticələri diqqətinizə çatdırırıq:
-
“Əsas problem komandadaxili rəqabətin olmamasıdır”
Yüksək Liqada mövsümün ilk iki dövrəsi başa çatdı və son çempion “Araz” qış fasiləsinə ikinci pillədə yollandı. Həm komandasının çıxışı, həm rəqiblər, həm də milli komanda ilə bağlı baş məşqçi Joze Alesio Da Silvanın azfutzal.az saytına müsahibəsini təqdim edirik:
-
“Araz” iki futzalçı ilə vidalaşdı
Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan “Araz” heyətində dəyişiklər etməyi lazım bilib. Son çempion artıq iki futzalçı ilə yollarını ayırıb. Baş məşqçi Joze Alesio Da Silvanın heyətdə az yer verdiyi Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə artıq “Araz”ın üzvləri deyillər. Yeni transferlərdən asılı olaraq komandadan ayrılacaq futzalçıların sayında artım ola bilər.
-
BL: Zəngilan - Green Log (fotoreportaj)
-
İkinci Liqa, XIX tur: Təyinatlar
İkinci Liqada birinci dövrənin son turunun oyunlarına təyinatlar açıqlanıb. XIX turun qarşılaşmaları dekabrın 25-də və 26-da Olimpik Starda keçiriləcək:
-
İlin son turu
İkinci Liqada birinci dövrənin son turunun oyun cədvəli açıqlanıb. XIX turun qarşılaşmaları dekabrın 25-də və 26-da Olimpik Starda keçiriləcək: