İkinci Liqada XXXI turun oyunları keçirilib. Turun ilk matçı həm də mərkəzi görüş hesab edilirdi. Əvvəldən sona qədər üstün tərəf olan “Atletiko Baku” qələbə qazanıb. Lider böyükhesablı qələbəyə sevinib. Ən yaxın izləyicisi isə turu məğlub qapayıb. Əvəzində Avanqard üçüncü pilləyə yüksəlib. Maraqlı məqamlardan biri də “STAR karqo”nun heyətində çıxış edən Zeynalabdin Hüseynovun 22 qol vurmasıdır. Gənclik – Xəzər Astara qarşılaşması isə ikincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Oyunun nəticəsini İntizam Komitəsi açıqlayacaq.
Atletiko Baku – Mübariz 3:1
SAB – Gilan Construction 4:4
Avanqard – Baker Tilly 3:1
Rəvan – Borçalı 3:5
Bədr FK Xocalı – Təbriz 6:7
Dalğa – Bibi-Heybət 1:3
Baker Hughes – STAR karqo 2:25
Hövsan – Obolon 3:12
Advokat – Baku Fire-2 3:3