LİQALAR
-
Yüksək Liqa: Qol vuranlar
Yüksək Liqada bombardirlər yarışına Hasan Aəli Jafari başçılıq edir. “Record club.az”ın hücumçusu 20 qol vurub. İzləyicisi Oktay Rüstəmlinin isə aktivində 17 qol var. İlk “3-lüy”ü Xətai Bağırov tamamlayır. Bağırov rəqib qapılarından 16 top keçirib.
-
Yüksək Liqa: Sarı vərəqlər
Yüksək Liqada iki futzalçı sarı vərəqə limitini doldurduğuna görə, növbəti turu buraxacaq. Söhbət U-19-un üzvü Nazim Rəhimovdan və “Alyans”ın futzalçısı Nurlan Fərəclidən gedir. 11 oyunçunun passivində isə 3 sarı vərəqə var.
-
Yüksək Liqa, X tur: Fotoreportaj
-
Birinci Liqa, IX tur: Oyun cədvəli
Birinci Liqada IX turun oyun cədvəli açıqlanıb. Bütün görüşlər dekabrın 2-də və 3-də Bakı İdman Sarayında keçiriləcək.
-
Yüksək Liqa, X tur: Oyun cədvəli
Yüksək Liqada X turun oyun cədvəli açıqlanıb.
-
“Forza Neftçi” - vahid lider!
Bu gün keçirilən 3 oyunla Birinci Liqada VIII tura yekun vurulub. Ötən tur 3 oyunçusu qırmızı vərəqə alan “Metropoliten” “Şuşa” ilə dueldə məğlubiyyətdən qaça bilməyib. Turun mərkəzi oyunu kifayət qədər sürətli, həm də gərgin keçib. Oyunda hesab 17-ci dəqiqədə açılıb. Vuqar Rəhimovun ötürməsini Təmraz Əmircanov qapıdan keçirib. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəz edən “Standard” ikinci topu buraxıb. Həbib Amanovun səhvindən sonra Vüsal İsayev boş qapını nişan almaqda çətinlik çəkməyib. Yekunda qələbə qazanan “fan-klub” vahid lider olub. Turun son duelində isə “idmançılar” sevinib.
-
Yüksək Liqa, IX tur: Neftçi - Araz-Naxçıvan: Qollar
-
Üç oyun keçirildi
Bu gün Yüksək Liqada IX turun oyunları keçirilib. Daha doğrusu, üzrlü səbəbdən “Xilə” – “Baku Fire” matçı qeyri-müəyyən müddətə təxirə salınıb. Tura “Neftçi” İK – “Araz-Naxçıvan” dueli ilə start verilib. CBC Sport kanalı vasitəsilə canlı yayımlanan qarşılaşmaya hər iki komanda tam heyətlə başlayıb. Amma “Araz-Naxçıvan”ın oyuna köməkçi-məşqçi Ağakərim Həsənov çıxarıb. Buna səbəb Joze Alesio Da Silvanın cərrahiyyə əməliyyatı olunması və həkimlərin bir müddət istirahət etməsinin vacib buyurmasıdır.
Oyuna gözlənildiyi kimi, “Araz-Naxçıvan” üstün başladı. İsa, Maneka, Ramiz bir neçə təhlükəli zərbə ilə rəqibi silkələdi. “Neftçi”dən isə İlkin və Rüfətin Rövşənin sayıqlığını yoxlaması yadda qaldı. 12-ci dəqiqədə “Neftçi” hücuma çıxarkən səhvə yol verdi. Topu ələ keçirən David Manekanı gördü. Sonuncu da dəqiq zərbə ilə rəqibi meydanın mərkəzinə dəvət etdi. 14-cü dəqiqədə Çovdarovun sol cinahdan vurduğu top sağ dirəyə dəyib geri qayıtdı. Sonrakı iki qolun vurulmasında assistant rolunu Maneka oynadı. Onun məhsuldar ötürmələrini David və Murilo dəqiq tamamladı. Felipinyo-Xətai tandemininin yekununda hesab növbəti dəfə dəyişdi. Birinci hissədə “qol pərdəsi”ni Maneka bağladı. Braziliyalı dubl etməklə fərqi də 5 topa çatdırdı.
İkinci hissədə siftəni İsa etdi. Felipinyo da adını qol vuranların siyahısına yazdırdı. Bundan sonra “Neftçi” fərqi azaltmağa nail oldu. Orucun zərbəsindən sonra dirəyə dəyən topa Adil toxundu. 35-ci dəqiqədə İlkin Hacıyev ikinci sarı-qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Nəticədə avtoqol sayəsində nominal qonaqlar fərqi yenidən 7 topa çatdırdı.
İkinci oyunda “Alyans”dan fərqli olaraq “Record club.az” meydana itkilərlə çıxmışdı. Bunun açısını da erkən qollar buraxmaqla yaşadı. 4-cü dəqiqədə hesab artıq 4:0 Lənkəran təmsilçisinin xeyrinə idi. Fasiləyə “Alyans” 10 top üstünlüklə yollansa da, ikinci hissədə meydan sahibləri fərqi 3 topa qədər endirdi. Bu matçda ümumilikdə 27 qol vuruldu ki, bu da indiyə qədər ən məhsuldar matçdır.
Günün son qarşılaşmasında U-19 təcrübəli EKOL-la üz-üzə gəldi. Sürətli və gərgin keçən oyunda hesab 14-cü dəqiqə açıldı. Təcrübəli Məmmədkərimov komandasına üstünlük qazandırdı. Kapitan 3 dəqiqə sonra dublnu rəsmiləşdirdi.