LİQALAR
-
“Yasamal” İSK-2-dən əzmkar qələbə
Bu gün Birinci Liqanın XIX turu çərçivəsində növbəti 4 oyun keçirilib. ADBTİA böyükhesablı qələbəyə sevinib. Uzun aradan sonra “Çinar Cəbrayıl” da turu 3 xalla başa vurub. Günün üçüncü oyunu gərgin və maraqlı keçib. “Yasamal” İSK-2 oyunun əvvəlində 2 top fərqi ilə önə keçsə də, sonradan rəqibin üstünlük qazanmasına mane ola bilməyib. Hətta bir ara “Star karqo”nun hesabdakı üstünlüyü 3 top çatıb. “Come back” edən Yasamal futzalçıları status-kvonu bərpa etməklə kifayətlənməyib, hesabı lehinə dəyişib. “Baku Fans” isə oyunu əvəzetmədən keçirdi və “tələbələr”dən güclü oldu.
-
“Forza Neftçi”dən əzmkar qələbə
Bu gün Birinci Liqada XIX tura start verildi. Bir oyunun keçirildiyi gündə “Forza Neftçi” startda məğlub duruma düşdü. Teymur Nəsibov Kərimini məğlub etdi. 6-cı dəqiqədə fan-klub status-kvonu bərpa etdi. Misir Ağayev effektli zərbə ilə rəqib torunu silkələdi. Bundan sonra Davud tez-tez irəli çıxmaqla 5-ci oyunçu kimi komandasına kömək etməyə çalışırdı ki, epizodların birində Nəsibov topu ələ keçirib boş qapını nişan aldı. 30 saniyə sonra “Metropoliten” üstünlüyünü 2 topa çatdırdı. Timur Dadaşov fərqi minimuma endirməklə intriqanı ölməyə qoymadı. Bərabərlik qolunu isə David Kərimi vurdu. Ardıcıl qollardan ruhlanan “Forza Neftçi” kapitan Sünhan Əliyevlə hesabı lehinə dəyişdi.
İkinci hissəyə də “Forza Neftçi” qolla başladı. Ancaq təslim olmaq haqda düşünməyən “Metropoliten” qısa zaman kəsiyində bərabərliyi bərpa etdi. “Sülh” uzunmüddətli olmadı. Bu dəfə Kərimi qardaşlarından Natiq rəqib torunu silkələdi. Kərimi 25-ci dəqiqədə yenidən fərqi 2 top çatdırmağı bacardı. Natiq 26-cı dəqiqədə het-trikini rəsmiləşdirdi. Ardınca Misir Ağayev het-trik etmək imkanı qazandı. Ağayev komandasının 10-cu, Cəlilov isə 6-cı qolun müəllifi oldu.
-
Yüksək Liqada 2019-cu ilə yekun vuruldu
Bu gün Yüksək Liqada XIV turun 4 oyunu keçirilib. Günün ilk qarşılaşmasında "Yasamal" İSK və "Xızı Futzal" üz-üzə gəlib. Ardıcıl qollar vuran “Xızı Futzal” fasiləyə üstün yollanıb. Elnur Soltanlının 5 qol vurduğu oyunda nominal qonaqlar üstünlüyünü sona qədər əldən verməyib.
Günün ikinci oyunu daha maraqlı keçib. Hesabı nominal qonaqlar açıb. Manafov komandasına üstünlük qazandıran oyunçu olub. Cəmi 3 dəqiqə sonra Renat Sultanov status-kvonu bərpa etdi. Növbəti dəfə yenə “Neftçi” hesabı lehinə dəyişdi. Komandaların fasiləyə bu hesabla yollanacağı gözlənilirdi ki, sona 20 saniyə qalmış time-out götürən Teymur Eyvazov nəticəni dəyişdirdi. İkinci hissədə isə əvvəlcə “Baku Fire” “sülh”ü pozdu. Ancaq “Neftçi” Oqtayla yenidən tablodakı rəqəmləri eyniləşdirdi. Hətta növbəti hücum zamanı Hacıbala Abdullazadənin “drujinası” üstünlük də qazandı. Yekunda gərgin keçən oyunun qalibi “Neftçi” oldu. “Marafon” isə birinci hissədə “Bakı” TFK-nın müqaviməti ilə üzləşsə də, fasilədə böyükhesablı qələbəni qazandıran qolları vurdu. Turun və Yüksək Liqada ilin son matçında iddialı EKOL-la əzmkarlığı və nümayiş etdirdiyi oyunla qazandığı nəticəsi üst-üstə düşməyən “Rekord club” üz-üzə gəldi. Bu dəfə heç cür istəyinə nail ola bilməyən nominal meydan sahibləri ili böyükhesablı məğlubiyyətlə yekunlaşdırdılar.
-
YL, XIV tur: Premier (Quba) - Araz (video)
-
YL, XIV tur: "Premier" (Quba) - "Araz" (fotoreportaj)
-
“Araz” fasiləyə naməğlub yollandı
Bu gün Yüksək Liqada XIV tura start verildi. Turun ilk oyunu Qubada keçirildi. Azərbaycan Dövlət İqtisad Universitetinin İdman Kompleksində “Premier” lider “Araz”ı qəbul edirdi. İlk dəfə bölgədə keçirilən oyuna azarkeş marağı böyük idi. Kompleksin tribunaları tamailə dolmuşdu. Heyətlərə gəldikdə, “Araz” cəzalı Rövşən Hüseynlinin və icazəli Hadi Rezvanla Amir Shocajenin xidmətindən istifadə edə bilmirdi. “Premier” isə bir müddət idi komandadan ayrı düşən Tural Cəlilovu heyətə qaytarmışdı.
CBC Sport kanalı ilə canlı yayımlanan oyundan əvvəl dövlət himni səsləndirildi. Görüşdə hesabı qonaqlar açdı. İsa Atayev rəqib qapısına yol tapdı. Cəmi bir dəqiqə sonra Alesionun “drujinası” fərqi 2 topa çatdırdı. Bu dəfə də Atayev qolun müəllifi oldu. Bir qədər sonra künc nöqtəsindən Murilonun ötürməsini Xətai Bağırov tora qovuşdurdu. Bundan sonra meydan sahibləri irəli atıldı. Azarkeşlərin dəstəyini qarşılıqsız buraxmayan Firudin Ağalarov çempionatda növbəti qolunu vurdu. Yeri gəlmişkən, Ağalarov cari mövsümün bütün oyunlarında fərqlənmiş yeganə futzalçıdır. Buraxılan qola rəğmən son çempion üstünlüyünü artırmağı bacardı. Növbəti dəfə Bağırov adının arenada səsləndirilməsinə nail oldu. “Premier” isə Ağalarov və Cəlilovla real qol şanslarından istifadə edə bilmədi. Əvəzində “Araz” fərqi artırdı.
İkinci hissəyə meydan sahibləri qolla başladı. Asalıyev fərqi 3-ə endirdi. Ancaq ustalıq səviyyəsi nəticənin böyüməsinə də təsirsiz ötüşmədi. Nəticədə “Araz” fərqi artırdı. Ruhdan düşməyən meydan sahibləri qarşılıq verməyə çalışırdı. Təsadüfi deyil ki, əzmkarlıq hesabına “Premier” ikinci hissədə daha çox qol vurmağı bacardı. Di gəl, bu, məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı.
-
Birinci Liqa, XIX tur: Təyinatlar
Birinci Liqada XIX turun oyunlarına təyinatlar açıqlanıb:
-
Bu gün saat 14:00: “Premier” (Quba) – “Araz-Naxçıvan” (videoanons)
Bu gün Yüksək Liqada XIV turun bir oyunu keçiriləcək. Cari mövsümdə ilk dəfə olaraq “Premier” komandası rəqibini doğma meydanda – Qubada qəbul edəcək. Saat 14:00-da başlayacaq matç CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.