LİQALAR
-
Gümüşün sahibi son turda müəyyənləşəcək
Bu gün keçirilmiş 4 oyunla Birinci Liqada XXIX tura yekun vurulub. “Standard” AzMİU ilə görüşdə böyükhesablı qələbə qazanıb. Digət matçda isə Qarabağın iki komandası üz-üzə gəlib. Duel “Zəngilan”ın qələbəsi ilə yekunlaşıb. Maraqlı oyun ADBTİA ilə “Green Log” arasında baş tutub. Gümüş medal iddiasını saxlayan “idmançılar” qələbə qazanıb. Günün yeganə böyükhesablı qələbəsini “Abşeron” aktivinə yazdırıb.
-
YL, Pley-off, II oyunlar: EKOL - Araz (fotoreportaj)
-
YL, Pley-off mərhələsi: 3-cü oyun cədvəli
Yüksək Liqanın pley-off mərhələsinin 3-cü oyun cədvəli açıqlanıb. Mayın 14-də keçiriləcək matçların başlama saatı belədir:
-
Bu dəfə "məğlublar" sevindi
Bu gün Yüksək Liqanın II pley-off mərhələsinin oyunları keçirilib. İlk mərhələdən fərqli olaraq bu dəfə günün ilk oyunu EKOL və “Araz” komandaları arasında baş tutdu. Bu dəfə də Emin Kürdov komandasına kömək edə bilmirdi. “Araz”da isə Xətai Bağırova İsa Atayev də qoşulmuşdu. Əvəzində Rizvan Fərzəliyev təxminən bir aylıq fasilədən sonra yaşıl meydana döndü. Oyunu izləyənlər arasında AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov də yer almışdı.
İlk oyunda məğlub olan “Araz” seriyanı növbəti oyuna daşımaq üçün mütləq qələbə qazanmaq istəyirdi. Elə ilk dəqiqlərdə fəal olan da Alesionun yetirmələri idi. “Araz” 7-ci dəqiqədə hesabı açdı. Neyməti “çərçivə”yə düşməklə komandasını ümidləndirdi. EKOL da mübarizədən qopmamışdı. Xüsusilə də qoldan sonra “yaşıllar” hesabı bərabərləşdirmək üçün irəli atıldı. Rövşən bir neçə epizodda səhvsiz oynamaqla hesabın dəyişməsinə imkan vermədi. “Araz”da isə Sadiqin zərbəsindən sonra Oktaya düşən topu sonuncu dirəyə tuşladı ki, bu da həm baş məşqçinin, həm də komanda yoldaşlarının təəssüfünə səbəb oldu. 12-ci dəqiqədə əvvəlcə Namiq, ardınca Atakişiyev şansını qaçırdı. 15-ci dəqiqədə Neyməti qapıçı ilə üzbəüz qaldığı epizodda topu Mikaeliyə ötürmək istədi ki, nəticədə “mərmi” ünvanına çatmadı. Halbuki özü dubl edə, fərqi artıra bilərdi. Onun etmədiyini Mikaeli 19-cu dəqiqədə reallaşdırdı. Nihadın paralel ötürməsini Ali qapıdan keçirdi. Sonuncu dəqiqədə Rövşən əvvəlcə Namiqin, ardınca Ramizin zərbələrini zərərsizləşdirdi. Ali Mikaeli ilə Fərid Ələkbərov fasilədə mübahisə etdiyinə görə, hər iki oyunçuya sarı vərəqə göstərildi. Onu da qeyd edək ki, Ələkbərov ilk oyunda da sarı vərəqə alıb və növbəti matçda komandasına kömək edə bilməyəcək.
İkinci hissəyə EKOL fəal başladı. Künc nöqtəsindən hava ötürməsini Çovdarov dirəyə tuşladı. 23-cü dəqiqədə Rövşən növbəti dəfə Ramizin sevinməsinə mane oldu. “Araz”ın hücumları isə kəsərsiz alınırdı. Nəhayət 26-cı dəqiqədə nominal qonaqlar varlığını hiss etdirdi. Sadiqin başla zərbəsini Babayev son anda kornerə çıxardı. Qalan dəqiqələrdə EKOL üstün tərəf olsa da, bunu tablodaya daşıya bilmədi. Son 5 dəqiqədə isə “yaşıllar” qapıçını meydan oyunçusu ilə əvəzlədi ki, bu funksiyanı Radik Əhmədov yerinə yetirdi. Sona 3 dəqiqə qalmış Ramiz rəqibinə aşkar ayaq zərbəsi endirdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Azlıqda qalan EKOL tezliklə topu da qapısından çıxarmalı oldu. Beləliklə ikinci oyunda qələbə qazanan “Araz” seriyada hesabı bərabərləşdirdi. Bu komandalardan hansının finala yüksələcəyi mayın 14-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşmadan sonra məlum olacaq.
İkinci oyunda da ilk təhlükəli vəziyyəti birinci matçda məğlub olmuş “XəzərCənub” yaratdı. İsaq Surqalının sağ cinahdan paralel ötürməsinə Şahab toxunsa da, top dirəyin dibindən meydanı tərk etdi. Əvəzində “Neftçi” hesabı açdı. Təcrübəli Borisov qolun müəllifi oldu. Lənkəran təmsilçisinin cavabı gecikmədi. Hakimin avantaja buraxdığı epizodda Farid tablodakı rəqəmləri eyniləşdirdi. Ancaq Hamid həmyerlisi Vahidin təxminən 15 metrlik məsafədən zərbəsinin qarşısını ala bilmədi. Növbəti qol da iranlı futzalçıdan gəldi. Bu dəfə Qalapurun zərbəsi uzaq dirəyə dəyib toru silkələdi. Farid isə oyunda komandasını ilk dəfə hesabda önə keçirən qolu 11-ci dəqiqədə vurdu. Ümumiyyətlə, fasiləyə qədər 8 qol vuruldu ki, “Xəzər Cənub” istirahətə 2 top üstünlüklə yollandı. Qollar vurulan zaman “Xəzər Cənub” komandasını tribunadan dəstəkləyən Aura İdman Kompleksinin yetirmələri maraqlı səhnələr yaradırdı.
“Neftçi” ikinci hissənin əvvəlində qapıçını meydan oyunçusu ilə əvəzlədi ki, tezliklə də bunun acısını yaşadı. Sonrakı dəqiqələrdə üstünlüyü əldən verməyən Lənkəran təmsilçisi qələbə qazandı və finalçının müəyyənləşməsi üçün daha bir oyunun keçirilməsini labüdləşdirdi.
-
Bu gün II Pley-off mərhələsinin oyunları keçiriləcək
Bu gün Yüksək Liqanın II pley-off mərhələsinin oyunları keçiriləcək. İlk oyunda qələbə qazanmış EKOL və “Neftçi” seriyada öndədirlər. Reqlamentə uyğun olaraq 2 qələbə qazanacaq komanda finalda, məğlublar isə üçüncü yer uğrunda görüşdə iştirak edəcəklər.
-
“Baku Fire” Birinci Liqanın qalibi oldu
Birinci Liqada XXIX turun oyunlarına start verilib. İlk oyunda lider “Baku Fire” “Ulduz”la qarşılaşıb. Bu oyunda qələbə qazanacağı təqdirdə “Baku Fire” son 1 tur qalmış çempionluğu bayram edəcəkdi. Fasiləyə qədər 4 cavabsız top vuran lider ikinci hissədə də üstünlüyünü davam etdirdi. Yekunda böyükhesablı qələbə qazanan “Baku Fire” Birinci Liqanın zirvəsini təmin etmiş oldu. Günün ikinci oyunu gərginliyi ilə yadda qaldı. Düzdü, yekunda U-19 böyükhesablı qələbəyə sevindi, amma matçın birinci hissədə qarşılıqlı qollarla müşayət oldu. İkinci hissənin sonlarına yaxın millinin üzvləri fərqi artırmağı bacardı. Növbəti oyunda “Yasamal” MFK-B 2 top fərqi ilə üstünlük qazansa da, yorğunluq tədricən hesabın bərabərləşməsinə səbəb oldu. Son saniyələrdə vurulan qol “Füzuli”yə qələbə qazandırdı.
-
İkinci Liqa: Sarı vərəqələr
Həftəsonu Olimpik Starda İkinci Liqanın XXXV turunun oyunları keçiriləcək. Tur ərəfəsində sarı vərəqələrin göstəricisi belədir:
-
YL, I pley-off mərhələsi: Videosüjet