LİQALAR
-
Hər iki oyun canlı yayımlanacaq
Xəbər verdiyimiz kimi, mayın 8-də Yüksək Liqada yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Saat 14:30-da “Neftçi” İK və “Xəzər Cənub” üz-üzə gələcək. Saat 17:00-da “Araz”la EKOL gücünü sınayacaq. Bu mərhələnin ikinci oyunları mayın 11-də keçiriləcək.
-
“Abşeron”dan əzmkar qələbə
Bu gün keçirilmi. 3 oyunla Birinci Liqada XXVIII tura yekun vurulub. Əvvəlcə turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar qarşılaşıb. Eyni xala malik qonşuların duelini “Green Log” qazanıb və bir pillə irəliləyib. “İdmançılar” isə böyükhesablı qələbəyə sevinib. Emin Cəbrayılov hesabına daha 9 qol əlavə edib. Elə turun son matçında da qonşular üz-üzə gəlib. “Ulduz” oyunda dominantlıq edən tərəf olsa da, 3 xalı nominal qonaqlar qazanıb.
-
Yüksək Liqa, yarımfinal mərhələsi: Oyun cədvəli
Bu gün keçirilmiş XXVIII turun oyunlarından sonra play-off mərhələsində mübarizə aparacaq cütlüklər müəyyənləşib. Bu mərhələdə iki qələbə qazanacaq komanda finalda, məğlublar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək.
-
“Araz”dan minimalhesablı qələbə
Bu gün Yüksək Liqada sonuncu – XXVIII turun oyunları keçirilib. Turun ilk oyununda əzəli rəqiblər - EKOL və “Araz” komandaları qarşılaşıb. Hər iki komanda play-off mərhələsinə vəsiqəni təmin etdiyindən oyun bir növ formal xarakter daşıyırdı. Finala gedən yolda da rəqib olacaq bu komandalar 4 gün əvvəl ölkə kubokunun ¼ final mərhələsində də üz-üzə gəlmişdilər və turu adlayan tərəf EKOL olmuşdu.
Heyətlərə gəldikdə, EKOL cəzalı olduğuna görə Emin Kürdovun xidmətindən istifadə edə bilmirdi. Ramiz Çovdarovla Zaur Fərziyev də heyətdə yer almamışdı. “Araz” isə meydana tam heyətlə çıxmışdı.
Fasiləyə komandalar oyuna başladıqları hesabla yollandılar. EKOL daha istəkli olsa da, rəqib baş məşqçi yarımfinal öncəsi ehtiyat qüvvəni də hazır vəziyyətə gətirməyi düşünürdü. Elə start “4-lük”, meydanda onların daha çox qalması da bunu deməyə əsas verirdi. İkinci hissə də eyni ssenari üzrə davam etdi. Ancaq 25-ci dəqiqədə Faiq Əliyev rəqibini keçmək istəyərkən topu itirməsi qapıçı ilə duelə yollanan Emil Həsənzadənin sükutu pozması ilə yükunlaşdı. 29-cu dəqiqədə “Araz” azlıqda qaldı. Xətai Bağırov birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk etdi. EKOL 2 dəqiqə ərzində say üstünlüyündən istifadə edə bilmədi. Daha doğrusu Radik Əhmədovun zərbəsi tirdən qayıtdı, bir epizodda isə Hüseynli “qalası”nı toxunulmaz saxladı. Oyunun sonlarına yaxın təzyiqi artıran EKOL-dan Əsgər Abasov yaxın məsafədən Rövşəni məğlub edə bilmədi. Nəticədə “Araz” əsas mərhələni qalib başa vurdu.
İkinci oyun isə Hadi Rezvanın qolları sıralaması ilə yadda qaldı. 15 qol vuran hücumçu bombardirlər yarışında da birincidir. Bu tur meydana çıxmadan 3 xalı "Neftçi" aktivinə yazdırıb.
-
Əsas mərhələnin son oyunları
Bu gün Yüksək Liqada XXVIII turun oyunları keçiriləcək. Olimpik Starda baş tutacaq 2 oyunla əsas mərhələyə yekun vurulacaq. Meydana çıxmadan 3 xalı “Neftçi” qazanacaq. Bununla da play-off mərhələsinə “Araz”ın 1-ci, “Neftçi”nin 2-ci pillədə başlayacağı dəqiqləşib.
-
“Standard”dan çətin qələbə
Bu gün Birinci Liqada XXVIII turun oyunlarına start verilib. Olimpik Starda keçirilmiş ilk oyun gərginliyi ilə yadda qalıb. Eynisəviyyəli rəqiblərin dueli sülhlə başa çatıb. “Metropoliten”dən Rüfət Cəlilov 4 qolla komandasına dəstək olub. İkinci oyun baş tutmayıb. Buna səbəb “Sovetski” komandasının təyin olunmuş vaxtda meydana çıxmamasıdı. “Zəngilan” turu böyükhesablı qələbə ilə başa vurdu. Günün son matçı da gərginliyi ilə yadda qaldı. Liderin ən yaxın izləyicisi “Baku Fans”la matçda bir neçə dəfə hesabda önə keçsə də, rəqib bərabərlik qolunu vurmağı bacarırdı. İkinci hissədə “Baku Fans”ın azlıqda qalmasından istifadə edən “Standard” 5-ci qolu vurdu.
-
İkinci Liqa: Sarı vərqələr
İkinci Liqada XXXIV tur ərəfəsində sarı vərəqələrin göstəricisi belədir:
-
Birinci Liqa: Sarı vərəqələr
Mayın 3-də və 4-də Birinci Liqada XXVIII turun oyunları keçiriləcək. Sarı vərəqə limitini doldurduğuna görə, bir oyunçu turu buraxacaq: