LİQALAR
-
Bol qollu tur
Birinci Liqada VII turun oyunları keçirilib. Tura lider böyükhesablı qələbə ilə başlayıb. Ən məhsuldar qələbəni isə STAR kargo qazanıb. Ötən matçda heç-heçə edən “Baku Fire-2” bu dəfə turu 3 xalla qapayıb. “Xan-Lənləran” da xal ehtiyatını artırıb. “Ağ-yaşıllar” debütantdan güclü olub. 14 qolun vurulduğu turun bağlanış matçında isə tərəflər hərəyə 1 xalla kifayətlənib.
Qeyd edək ki, tur çərçivəsində keçirilməli olan Ulduz – Çarşı Bakı görüşü birincilərin AVRO-2026-nın seçmə qrup mərhələsində iştirakı ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.
-
YL, XI tur: Şuşa - Neftçi İK 1:7 (fotoreportaj)
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada XI turdan sonra sarı vərəqələrin göstəricisi belədir:
-
YL, XI tur: U-19 - Yasamal Bakı 7:1 (fotoreportaj)
-
Baku Fire - Araz-Naxçıvan: Video
-
Birinci Liqa, VII tur: Təyinatlar
Birinci Liqada VII turun təyinatları açıqlanıb. Ulduz - Çarşı Bakı oyunu birincilərin AVRO-2026-nın rəsmi matçlarında iştirakı üzündən qeyri-müəyyən müddətə təxirə salınıb.
-
YL, XI tur: Baku Fire - Araz-Naxçıvan 0:1 (fotoreportaj)
-
Liderin ilk yenilgisi
Bu gün Yüksək Liqada III dövrənin oyunları keçirilib. XI turun ilk matçında lider “Baku Fire” və ikinci pillədə qərarlaşan “Araz-Naxçıvan” üz-üzə gəlib. CBC Sport-la canlı yayımlanan oyunu prinsipial edən məqamlardan biri də Yüksək Liqanın cari mövsümündə “Araz-Naxçıvan”ın rəqibini məğlub edə bilməməsi və turnir cədvəlində ondan geri qalmasıdır.
Tərəflərin daha çox ehtiyatlı oyuna üstünlük verdiyi birinci hissədə hesab açılmadı. Düzdür, “Baku Fire” qol vurdu, amma hakim qayda pozuntusu qeydə alaraq, cərimə zərbəsi təyin etdi.
İkinci hissədə “Araz-Naxçıvan” sükutu pozdu. Adamov rəqib qapısına yol tapmaqla oyunun da taleyini həll etdi. Onu da qeyd edək ki, bu, liderin cari mövsümdə ilk yenilgisi idi.
“Neftçi” də “Baku Fire”in büdrəməsindən istifadə edib. Nominal qonaqlar ən yaxın izləyicisi ilə matçda inamlı qələbə qazanıb. Fasiləyə hesabda 4:1 üstün yollanan “Neftçi” ikinci hissədə də fərqi artırmağı bacardıb.
Tura U-19-la “Yasamal Bakı” dueli ilə yekun vurulub. Hesabı autseyder açsa da, gənclərin cavabı ardıcıl qollarla gəlib. Yekunda qələbə qazanan milli xal ehtiyatını 9-a çatdırıb.