Bu gün Birinci Liqada pley-off mərhələsinin oyunları keçirilib.
İlk matçda əsas mərhələni lider kimi başa vuran PFL "Xan-Lənkəran"la üz-üzə gəlib. Oyun PFL-in böyükhesablı qələbəsi ilə yekunlaşıb. Digər oyun daha gərgin keçib. Bu dəfə sevinən tərəf əsas mərhələni məğlubiyyətsiz başa vuran "Baku Fire-2" olub.
Beləliklə PFL və "Baku Fire-2" finalda, "STAR kargo" və "Xan-Lənkəran" isə bürünc medal uğrunda oyunda qarşılaşacaq. Oyunlar və mükafatlandırma mərasimi mayın 11-də keçiriləcək.