LİQALAR
-
Birinci Liqa, mükafatlandırma: Fotoreportaj
-
“Bakı” Birinci Liqanın qalibi oldu
Birinci Liqada XXII turun oyunları keçirilib. Mövsümün son turunun matçları həm də qalibin və digər medalçıların adlarına aydınlıq gətirəcəkdi. Ötən həftə turnir cədvəlinin zirvəsinə yüksələn “Bakı” son dueldən də böyükhesablı qələbə ilə ayrılmaqla qızıl medallara sahib çıxıb. PFL və “Baku Fire-2” müvafiq olaraq gümüş və bürünc medalları qazanıb.
Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə “Xan-Lənkəran” – PFL matçın hakim-inspektoru Azad Hüseynov və hakimləri – Əli Cəbrayılov, Ceyhun Hüseynov və Hidayət Feyzullayevə diplomlar təqdim olunub. PFL-dən Nicat Qafarlı ən yaxşı oyunçu, “Bakı”dan Elmar Qasımov ən yaxşı qapıçı, Tahir Məcidov (Baku Fire-2) ən yaxşı baş məşqçi seçilib. 62 qol vuran Emin Cəbrayılov (“Şuşa”) yarışın ən məhsuldar oyunçusu olub. Federasiyanın əməkdaşları Xosrov Məmmədov və Həsən Əliyev tərəfindən “Baku Fire-2”yə bürünc, PFL-ə gümüş, “Bakı”ya qızıl medallar və çempionluq kuboku təqdim edilib.
-
YL, XX tur: Araz-Naxçıvan - U-19 8:0 (qollar)
-
Mükafatlandırma mərasimindən fotolar
Yüksək Liqanın 2023-2024-cü il mövsümünün qaliblərinin mükafatlandırma mərasimindən fotolar:
-
Yüksək Liqada mövsümə yekun vuruldu
Bu gün Yüksək Liqada XX turun oyunları keçirilib. “Record club” yarışdan kənarlaşdırıldığına görə, “Baku Fire” 3 xalı meydana çıxmadan qazanıb. “Neftçi” bu dəfə meydana legionerlərsiz çıxıb və mövsümə qələbə ilə yekun vurub. Yüksək Liqada mövsümün son matçında isə “Araz-Naxçıvan” və U-19 üz-üzə gəlib. Son çempionun qələbə qazanacağı gözlənilən idi. CBC Sportla canlı yayımlanan matçda sensasiya baş vermədi. Bununla da Yüksək Liqada 2023-24-cü il mövsümüə yekun vuruldu.
Son oyundan sonra komandalara mükafatlar təqdim olundu. Əvvəlcə matçın hakim-inspektoru Murad Məmmədov və referilər - Elgün Hüseynov, Mahir Məmmədov və Rza Məmmədov
Səhnəyə dəvət olundu. Vitali Borisova ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Reza Abgouna isə ən məhsular oyunçu nominasiyası üzrə mükafat təqdim edildi. “Neftçi”yə bürünc, “Baku Fire”ə gümüş, “Araz-Naxçıvan”a isə qızıl medallar və çempionluq kuboku təqdim olundu.
Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.
-
Bu gün Yüksək Liqada mövsümə yekun vurulur
Bu gün Yüksək Liqada mövsümün sonuncu - XX turun oyunları keçiriləcək. Record club çempionatdan kənarlaşdırıldığına görə, Baku Fire 3 xalı meydana çıxmadan qazanacaq. CBC Sport-la canlı yayımlanacaq Araz-Naxçıvan – U-19 matçından sonra mükafatlandırma mərasimi keçiriləcək.
-
Birinci Liqa, XXII tur: Təyinatlar
Birinci Liqada 2023-2024-cü il mövsümünün sonuncu – XXII turunun oyunlarına təyinatlar açıqlanıb. Yarışa Bakı İdman Sarayında yekun vurulacaq.
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada XXI turdan sonra iki futzalçı sarı vərəqə limitini doldurub. Onlar mövsümün son turunda meydana çıxa bilməyəcəklər.