LİQALAR
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada IX turdan sonra sarı vərəqələrin göstəricisi:
-
Liderdən inamlı qələbə
Bu gün Yüksək Liqada IX turun iki oyunu keçirilib. İlk oyunda turnir cədvəlinin üst pillələrində yer alan komandalar qarşılaşıb. Qələbə turnir cədvəli baxımından hər iki tərə üçün vacib idi. Tam heyətlə meydana çıxan komandalar matça erkən qollarla başladı. Əvvəlcə “Neftçi” üstünlük qazandı. Cəmi 24 saniyə sonra status-kvo təmin olundu. Hesab növbəti dəfə 4-cü dəqiqənin tamamında dəyişdi. Yenə nominal qonaqlar üstünlük qazandı. Fərid Atakişiyev dubl etdi. “Neftçi” 4-cü qolu 10 metrlik cərimə zərbəsindən vurdu. İaqo adını tabloya yazdırdı. Fasiləyə qədər “Neftçi” üstünlüyünü 3 topa çatdırdı. Maraqlı məqam birinci hissədə “Baku Fire”in qapıçısı Cavad Məmmədovun hər iki tərəfin xeyrinə qol vurması oldu. Qolkiper əvvəlcə komandasını sevindirsə də, sonrakı epizodda avtoqol müəllifi kimi adını tabloya yazdırdı.
İkinci hissədə də lider fərqi artırdı və yekunda əsas rəqiblərindən biri üzərində qələbə qazanan “Neftçi” liderliyini davam etdirir. Onu da qeyd edək ki, bu komandalar arasında I dövrədə keçirilmiş oyun 2:2 hesabı ilə başa çatmışdı.
Turun digər oyununda debütant orta pillələrdə qərarlaşan “Şuşa”nın qonağı olub. Namiq Məmmədkərimov kimi təcrübəli futzalçının yoxluğunda belə, nominal qonaqlar böyükhesablı qələbə qazana bilib.
Tur çərçivəsində keçirilməli olan “Araz-Naxçıvan” – U-19 görüşü birincilərin UEFA Çempionlar Liqasının oyununda iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.
-
Bu gün Yüksək Liqa, IX tur
Bu gün Yüksək Liqada IX turun iki oyunu keçiriləcək Mərkəzi oyunu FİFA referiləri idarə edəcək. Tur çərçivəsində keçirilməli olan “Araz-Naxçıvan” – U-19 görüşü birincilərin UEFA Çempionlar Liqasının oyununda iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.
-
YL VIII tur: Lənkəran - Araz-Naxçıvan (fotolar)
-
YL, VIII: Şuşa - Neftçi İK (fotolar)
-
Yüksək Liqa: Sarı vərəqələr
Yüksək Liqada VIII turdan sonra sarı vərəqələrin göstəricisi açıqlanıb:
-
Yüksək Liqa, IX tur: Oyun cədvəli
Yüksək Liqada IX turun oyun cədvəli açıqlanıb. Oyunlardan ikisi dekabrın 4-də, bir görüş isə dekabrın 18-də keçiriləcək.
-
Bir oyunun vaxtı dəyişdirilib
Yüksək Liqanın IX turu çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – U-19 oyunu əvvəlcədən nəzərdə tutulduğu vaxtda – dekabrın 4-də deyil, həmin ayın 18-də baş tutacaq. Buna səbəb “Araz-Naxçıvan”ın dekabrın 5-də Lissabonda UEFA Çempionlar Liqasının cavab oyunları çərçivəsində “Benfika” ilə qarşılaşmasıdır. Hər iki klubun razılığı əsasında görüş dekabrın 18-də, saat 13:00-da, Olimpik Starda keçiriləcək.