AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
UEFA ÇEMPİONLAR LİQASI
Təmsilçimiz mübarizəni dayandırıb
UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirib. Təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gəlib. Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurmuşdu. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuza görüşdə yenilməmək kifayət edirdi. Qarşılaşmada hesabı meydan sahibləri açıb. Fasiləyə qədər Caique status-kvonu bərpa edib. İkinci hissəyə də meydan sahibi komanda qolla başlayıb. Furublad dubl edib. 37-ci dəqiqədə Kənan Manafov yenidən hesaba tarazlıq gətirib. Təəssüf ki, sona 3 dəqiqə qalmış rəqib daha 2 dəfə fərqlənib. Amadeunun qolu isə təsəlli olub. Yekunda məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
"Araz-Naxçıvan"ın qrupda son görüşü
UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirəcək. Təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gələcək. Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurub. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuz hazırda turnir cədvəlinə başçılıq edir. Bu məqam hətta komandamıza heç-heçənin də sərf etdiyini göstərir. Heyətlə bağlı “Araz-Naxçıvan”da hansısa problem yoxdur. Qeyd edək ki, reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksələcək. H qrupunun qalibi əsas mərhələnin B yolunun 5-ci qrupunda mübarizə aparacaq. Qrup matçlarındakı rəqiblər meydan sahibi “Etoile Lavalloise”, “Stalitsa Minsk” (Belarus) və ilkin mərhələnin B qrupunun qalibi olacaq. Həmin qrupda isə Bolqarıstanın “Amiqo Northvest” və İsveçrənin “Minerva” komandaları maksimum xalla zirvəni bölüşür. Bu gün keçiriləcək görüşdə liderin adına aydınlıq gətiriləcək. Matçlar oktyabrın 22-dən 27-dək Fransada təşkil olunacaq.
“Bu gün daha sürətli oynadıq”
UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb. Yerə rəqib qapısından 7 top keçirən ölkə çempionu qapısını toxunulmaz saxlayıb. Matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov azfutzal.az saytına açıqlama verib:
İkinci 7 qolluq qələbə
“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün ikinci oyununu keçirib. İlk matçda “Sparta Belfast”ı 7:1 hesabı ilə yenən təmsilçimiz bu dəfə Estoniya çempionu “Sillamae Silla”yla qarşılaşıb. Rəqib isə ilk matçda İsveç “Uddevalla”sına 3:10 hesabı ilə yenilib. “Qırmızı-ağlar” ilk oyunla müqayisədə bu dəfə meydana tam heyətlə çıxmışdı. Belə ki, qırmızı vərəqə cəzasını başa vuran Lazar Milosavljeviç meydana çıxmaq şansı qazanmışdı. Baş məşqçi Vitali Borisov da “5-lik”də dəyişiklik etmişdi. Hesabı 5-ci dəqiqədə Amadeu açıb. 9-cu dəqiqədə rəqib bərabərlik qolunu vurmaq şansını qaçırıb. Pfeninq penlti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 13-cü dəqiqədə “qırmızı-ağlar” fərqi artırıb. Bu dəfə Yaniç rəqib torunu silkələyib. Kadinho isə 3-cü qolun müəllifi olub. İkinci hissədə ilk qol Manafovun ayağına yazıldı. Növbəti qolun ötürməsini edən Manafov Kadinhonun dubl etməsinə imkan yaradıb. 33-cü dəqiqədə Ülvi Əliyev də qol vuranlar sırasına qoşuldu. Komandamız qrupda son oyununu İsveçin “Uddevalla” komandasına qarşı keçirəcək. Qeyd edək ki, əsas mərhələyə ancaq qrup lideri vəsiqə qazanır.
“Komandalar arasında səviyyə fərqi aşkar görünürdü”
Bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Sparta Belfast” komandası ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb. Oyunla bağlı təmsilçimizin baş məşqçisi Vitali Borisov azfutzal.az-a bunları deyib:
Böyükhesablı qələbə
UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə “Araz-Naxçıvan” ilkin mərhələdə mübarizəyə başlayıb. Təmsilçimiz Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gəlib. Təmsilçimiz matça itki ilə çıxmışdı. Belə ki, Lazar Milosavljeviç qırmızı vərəqə cəzalısı olduğuna görə, bu oyunu buraxmalı olub. Matçda hesabı Giovanni açıb. Braziliyalı fasilə ərəfəsində növbəti dəfə rəqib torunu silmələməklə komandasının üstünlüyünü 2 topa çatdırıb. İkinci hissəyə də Valrionun qolu ilə başlayan “qırmızı-ağlar” 29 saniyə sonra Manafovla hesabdakı fərqi 4 top çatdırdı. Yeni transferlərdən Yaniç də adını tabloya yazdırdı. 6-cı qolun müəllifi Amadeu olub. Oyunda son nöqtəni Emil Həsənzadə qoydu. Beləliklə ilk oyunda böyükhesablı qələbə qazanan təmsilçimiz mübarizəyə uğurla start verib. Komandamız sabah Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Təmsilçimiz mübarizəyə başlayır
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün ilkin mərhələsində bu gün ilk oyununu keçirəcək. Görüş saat 18:00-da başlayacaq. Oyunu bu link vasitəsilə izləyə bilərsiniz: https://app.staylive.io/uddevallafutsalclub
“Araz-Naxçıvan” İsveçə 14 futzalçı ilə yollandı
UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” bu gün səhər saatlarında İsveçə yollanıb. Bakı-İstanbul-Göteborq reysi ilə səfərə çıxan təmsilçimiz Göteborqdan oyunların keçiriləcəyi Uddevalla şəhərinə avtobusla yola düşəcək. Baş məşqçi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin matçlarına 3-ü qapıçı olmaqla 14 futzalçı aparıb. Marko Prşiç səhhətində yaranmış problemlə əlaqədar Bakıda saxlanılıb.
1
2
3
4
5
6
›
SONUNCU