UEFA ÇEMPİONLAR LİQASI
-
İştirakçılar səbətlərə bölünüb
Xəbər verdiyimiz kimi, avqustun 30-da, saat 18:00-da İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılacaq.
Mübarizəyə ilkin mərhələdən start verən və əsas mərhələyə vəsiqə qazanan “Araz-Naxçıvan” B yolunda yer alacaq. B yolunda reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində qərarlaşmış 7 klub, onlara ilkin mərhələdə iştirak etmiş və qrup qalibi, eləcə də ən yaxşı ikinci yerin sahibi kimi qoşulacaq 9 komanda mübarizə aparacaq. Burada 16 komanda 4 qrupda yarışacaq. Əvvəlcədən evsahibliyi təsdiqlənmiş klublar fərqli qruplarda yer alacaqlar. Elit-raunda ancaq qrup qalibləri vəsiqə qazanacaqlar. Oyunlar oktyabrın 26-dan 31-dək keçiriləcək.
Onu da qeyd edək ki, “Araz-Naxçıvan” və Kampuksen Dinamo ilkin mərhələdə eyni qrupda yer aldığına görə, əsas mərhələdə rəqib ola bilməyəcəklər.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo Serbiya və Bosniya və Herseqovina, eləcə də Azərbaycan və Ermənistan təmsilçiləri bir-biri ilə eyni qrupda yer almayacaqlar.
-
“Araz-Naxçıvan” əsas mərhələdə
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni yekunlaşdıran “Araz-Naxçıvan” komandası əsas mərhələyə vəsiqə qazanıb. Təmsilçimizin ən yaxşı ikinci yerin sahibi kimi mübarizəni davam etdirəcək. Ölkə çempionunun bu mərhələdəki rəqibləri avqustun 30-da müəyyənləşəcək.
-
Rizvan Fərzəliyevdən 69-cu oyun
UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün son oyununu keçirən “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyev Lucionun rekorduna təkrarlamaqla yadda qalıb. Belə ki, həm də millimizin kapitanı olan Fərzəliyev Latviya çempionu “Raba” ilə dueldə 69-cu dəfə klub səviyyəsində beynəlxalq rəsmi görüş keçirib. O, ilk dəfə 6 oktyabr 2003-cu ildə bu turnirin keçmiş adı – UEFA Kubokunda debüt edib. Həmin vaxt kapitan AMMK-nın heyətində yer alıb. UEFA-nın rəsmi səhifəsi Rizvanın Lucionun 69 oyunluq rekordunu təkrarladığını qeyd edib.
-
“Araz-Naxçıvan” qələbə ilə yekunlaşdırdı
UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün son oyununu keçirib. Təmsilçimiz Latviya çempionu “Raba”nı məğlub edib. Qrupun digər oyununda “Kampuksen Dinamo” “Europa”nı yenib – 14:3. Yekunda “Araz-Naxşıvan”la “Kampuksen Dinamo” 7 xal toplasa da, topların müsbət göstəricisinə görə Finlandiya çempionu qrupun lideri olub.
-
Qrupda son oyun
“Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirəcək. Təmsilçimiz Latviya çempionu “Raba” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Dario Pezzuto (İtaliya), Drazen Vukcevic (Monteneqro) və Panagiotis Ntalas (Yunanıstan) idarə edəcək.
-
İkinci oyunda heç-heçə
UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün qrupda ikinci oyununu keçirib. Təmsilçimiz bu dəfə Finlandiya çempionu ilə qarşılaşıb. Gərgin keçən oyun heç-heçə başa çatıb. Alesionun “drujina”sı son matçda “Raba” ilə qarşılaşacaq. Qrupun digər oyununda “Raba” və “Europa” komandaları bu gün üz-üzə gələcək.
-
Bu gün saat 15:00: “Kampuksen Dinamo” – “Araz-Naxçıvan”
UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək. Təmsilçimiz bu dəfə Finlandiya çempionu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
-
“Araz-Naxçıvan”dan böyükhesablı qələbə
Bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” ilk oyununu keçirib. Təmsilçimiz Cəbəllütariq çempionu ilə qarşılaşıb. Latviyanın Salasplis şəhərində keçirilmiş matçda “Araz-Naxçıvan” qələbə qazanıb.