UEFA ÇEMPİONLAR LİQASI
-
“Araz” məğlubiyyətlə başladı
UEFA Çempionlar Liqasında çıxış edən “Araz” bu gün ilk oyununu keçirib. Ölkə çempionu qrup oyunlarını təşkil edən Belçikanın “Halle Gooik” klubu ilə qarşılaşıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, təmsilçimiz oyuna ciddi itkilərlə yollanıb. Söhbət 4 iranlı legionerə vizanın verilməməsi nəticəsində onların turnirə yollana bilməməsindən gedir. Gözlənildiyi kimi, müdafiədə diqqətli oynamağa çalışan “Araz” az güc sərf etməklə əks-hücumlarda rəqibi cəzalandırmaq istəyirdi. Hesab isə erkən açıldı. Növbəti qol zamanı Atayev topu uzaqlaşdırmaq istəyərkən avtoqol müəllifi oldu. Rəqib fasiləyə qədər daha bir qol vurmağı bacardı. “Araz”dan İsa Atayevin, Rövşən Çovdarovun və Xətai Bağırovun zərbələri hədəfdən yan keçdi. Baş məşqçi Alesio tez-tez qapıçını da meydan oyunçusu ilə əvəzləyirdi ki, bu da topa daha çox sahib olmaq məqsədi daşıyırdı.
İkinci hissənin start fitindən cəmi 24 saniyə sonra Xətai Bağırov fərqi azaltdı. Ardınca Atayevin zərbəsi tirə tuş gəldi. Rəqib isə bu dəfə boş qapını nişan almaq üçün “pusqu”da dayanmışdı. 30-cu dəqiqədə Ramizin zərbəsini qapıçı çətinliklə geri qaytardı. Ardınca kapitanın baş zərbəsi hədəfdən yayındı. Bu dəqiqələrdəki üstünlüyə rəğmən Belçika çempionu fərqi artırmağa imkan tapdı. Tədricən yorğunluq da sözünü deməyə başladı ki, rəqib də bundan yararlandı.
Qrupda keçirilmiş ilk oyunda Portuqaliya “Benfika”sı və Ukrayna “Xerson”u qarşılaşdı. Oyun 1:1 hesabı ilə yekunlaşdı.
Təmsilçimiz növbəti oyununu oktyabrın 10-da, saat 19:30-da Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcək.
-
“Araz” - “Halle Gooik” (Belçika): Heyətlər
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Araz” – “Halle Gooik” matçında komandalar bu heyətlə mübarizə aparacaq:
-
“Bundan itirən futzal olacaq”
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Araz” ilk oyununu keçirəcək. Təmsilçimiz Belçika çempionu “Halle Gooik”lə qarşılaşacaq. Oyunöncəsi “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az saytına açıqlama verib:
-
“Araz” mübarizəyə başlayır
UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” bu gün ilk oyununu keçirəcək. Təmsilçimiz “De Bres Arena”da Bakı vaxtı ilə 22:30-da Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək. Komandamız oyuna itkilərlə çıxacaq. Belə ki, Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyib. Çətin durumla üzləşən təmsilçimiz 8 futzalçı ilə mübarizə aparacaq.
-
“Araz” Belçikada
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz” klubu qrup oyunlarının keçiriləcəyi Belçikaya yollanıb. Bakı-İstanbul-Brüssel reysi ilə Belçikanın paytaxtına çatan son çempion Halle şəhərinə qədər avtobusla təxminən 1 saatlıq yol qət edib. “Horizon” hotelində məskunlaşan təmsilçimiz bu gün oyunöncəsi məşqini yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.
Qeyd edək ki, “Araz” ilk oyununu sabah təşkilatçı ölkənin çempionuna qarşı keçirəcək. “De Bres Arena”da “Halle Gooik”lə matç saat 22:30-da başlayacaq.
-
“Araz” iştirak ərizəsini UEFA-ya göndərdi
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz” oyunçuların siyahısını qitənin ali futbol qurumuna göndərib. Təmsilçimiz 13 futzalçı ilə mübarizə aparacaq.
-
“Araz”ın oyunlarının təqvimi
UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz”ın oyunlarının təqvimi müəyyənləşib. Belçikada keçiriləcək qrup oyunlarında təmsilçimiz rəqibləri ilə bu ardıcıllıqla görüşəcək:
-
Statistika həvəskarları üçün
Klublarımızın futzal üzrə UEFA kubokundakı macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədi. Belə ki, “Araz” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub. Bu liqanın yeni mövsümündə ölkəmizi “Araz” təmsil edəcək.
Klublarımızın futzal üzrə UEFA kubokundakı nəticələrini diqqətinizə çatdırırıq: