UEFA ÇEMPİONLAR LİQASI
-
İlk iki oyunun hakimləri
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın ilk iki oyununu idarə edəcək hakimlər açıqlanıb.
-
“Araz-Naxçıvan”ın ÇL üçün iştirak ərizəsi
UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib. Ölkə çempionu 12 futzalçının xidmətindən istifadə edəcək ki, onlardan ikisi qapıçıdır.
-
Çempion 11 futzalçı ilə başlayıb
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” klubu hazırlığa başlayıb. Bu gün tibbi müayinədən keçən Azərbaycan çempionu fiziki çalışmalara üstünlük verir. Futzalçılar bu məqsədlə gündə bir dəfə Bakı İdman Sarayının parketinə ayaq basırlar. Hazırda məşqçilərin sərəncamında ikisi qapıçı olmaqla 11 futzalçı var. Yeni transferlər - Conatas Felipe və Emanoel Rodriges, eləcə də İsak Surğalı isə avqustun 5-də komandaya qoşulacaq.
-
“Araz-Naxçıvan”dan iki transfer
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
-
“Araz-Naxçıvan”ın oyunlarının vaxtı açıqlanıb
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” F qrupunda “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) klubları ilə qarşılaşacaq. Latviyada təşkil ediləcək oyunların keçirilmə yeri, tarixi və saatı açıqlanıb.
-
Statistika həvəskarları üçün
Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədi. Belə ki, “Araz” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub. Bu liqanın yeni mövsümündə ölkəmizi təmsil edəcək “Araz” rəqibləri ötən həftə məlum olub. Latviyada keçiriləcək ilkin mərhələnin oyunları zamanı çempionumuz Finlandiyanın “Kampuksen Dinamo”, Latviyanın “Raba” və Cəbəllütarıqın “Avropa” komandası ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək keçiriləcək.
-
“Ən nüfuzlu klub yarışında iştirak etmək bizim üçün böyük imtiyazdır”
UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsində təmsilçimiz “Araz-Naxçıvan”ın rəqiblərindən olan Finlandiya “Kampuksen Dinamo”sunun baş məşqçisi Vasko Vujoviç püşkü dəyərləndirib. Monteneqrodan olan mütəxəssis xüsusilə də “Araz-Naxçıvan”la oyunda ehtiyatlı olmağın vacibliyini vurğulayıb:
-
“Biz daha çətin qrupa düşmüşük”
UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri bu gün müəyyənləşən "Araz-Naxçıvan"ın baş məşqçi Joze Alesio Da Silvanın azfutzal.az-a açıqlaması: