UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” oyunlarını bu iki ölkədən birində keçirəcək. Belə ki, B yolunda qruplara evsahibliyi edəcək 4 klub məlumdur. Söhbət “Kauno Jalgiris” (Litva), “Mostar” (Bosniya və Herseqovina), “Liqeno” (Kosovo) və “Şkupi 1927” (Şimali Makedoniya) klublarından gedir. “Liqeni” və “Skupi 1927” öz qrupunun ikinci komandası olacağına görə, “Araz-Naxçıvan”ın rəqibi olmayacaq. Reytinq cədvəlində təmsilçimizlə müqayisədə üst sırada yer alan və qrupunun birinci komandası olacaq “Kauno Jalgiris” (Litva) və “Mostar”dan (Bosniya və Herseqovina) biri Azərbaycan çempionu ilə qarşılaşacaq. Belədə “Araz-Naxçıvan”ın yer alacağı qrupun ev oyunları bu klubların təmsil etdiyi ölkələrdən birində baş tutacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü iyulun 7-də, saat 16:30-da baş tutacaq. İlkin mərhələnin oyunları 23-28 avqustda, əsas mərhələnin görüşləri isə 25-30 oktyabrda keçiriləcək.