UEFA ÇEMPİONLAR LİQASI
-
Statistika həvəskarları üçün
Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədi. Belə ki, “Araz” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub. Bu liqanın yeni 2022-23-cü il mövsümündə ölkəmizi təmsil edəcək “Araz” rəqibləri ötən həftə məlum olub. Klublarımızın futzal üzrə UEFA kubokundakı nəticələrini diqqətinizə çatdırırıq:
-
“Həmin səhvi təkrarlamamalıyıq”
Milli komandanın rəqiblərini dəyərləndirmək üçün bu dəfə təcrübəli qolkiper Emin Kürdova tribuna verdik. Son illərdə “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı oyunlarında da bu komandaya kömək edən qolkiper əvvəlcə qitənin ən mötəbər futzal klub turniri haqda danışdı:
-
İsa Atayev iddialı danışdı
İyulun 7-də həm DÇ-2024-un Avropa zonası üzrə əsas, həm də UEFA Çempionlar Liqasının 2022-23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.
-
“Bacaracağıq”
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5 qrupda “Mostar” və ilkin seçmə mərhələnin D və F qrupunun qalibləri ilə qarşılaşacağı məlum olub. Püşkatma ilə bağlı son çempionun üzvü David Qustavo azfutzal.az-a bunları deyib:
-
“Bunu meydanda da göstərməliyik”
Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli azfutzal.az-a püşkü dəyərləndirib:
-
“Biz növbəti mərhələdə oynamaq istəyirik”
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Təmsilçimiz “Mostar”, həmçinin, ilkin mərhələdə D və F qrupunun qalibi ilə birgə 5-ci qrupda yer alacaq. Oyunlar 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq. Baş məşqçi Joze Alesio da Silva azfutzal.az-a püşkü dəyərləndirib:
-
“Araz-Naxçıvan” 5-ci qrupda
Bu gün UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Mübarizəyə əsas mərhələdən start verəcək “Araz-Naxçıvan” B yolunda yarışacaq. 5-ci qrupda yer alan ölkə çempionu “Mostar”, ilkin mərhələdə D və F qrupunun qalibi ilə üz-üzə gələcək. Bu qrupun oyunları 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.
-
Təmsilçimiz oyunlarını bu iki ölkədən birində keçirəcək