UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirib. Təmsilçimiz bu dəfə Serbiya çempionu “Lozniça Qrad”la qarşılaşıb. Oyun rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komandamız növbəti mərhələyə yüksəlmək şansını itirib. “Araz-Naxçıvan” turnirdə son görüşünü oktyabrın 29-da Bosniya və Herseqovinanın “Mostar” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Lozniça Qrad (Serbiya) - Araz-Naxçıvan (2:1) 4:1
27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30
Hakimlər: Jan Kresta (Çexiya), Josip Dujmiç (Xorvatiya), Viktor Chaix (Fransa)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)
Qollar: Mladen Kociç, 12:02, 36:59, Nemanja Milosavljeviç, 15:55, Dorde Rosiç, 23:02 // Vitao, 18:27
Sarı vərəqələr: Sinesio, 13:24, Alesio, 15:40, Ponçe, 27:54, Pedro Torres, 34:18 // Dandan, 25:26, Dorde Rosiç, 27:30
Lozniça Qrad
34. Yakov Vuliç (q), 2. Marko Periç (k), 10. Mladen Kociç, 12. Dorde Rosiç, 20. Miloş Stoykoviç, 22. Petar Nikoliç (q), 7. Aleksandar Ristanoviç, 8. Dorde Rakiç, 9. Nemanja Milosavljeviç, 11. Marko Avramoviç, 21. Dudu, 23. Dandan
Baş məşqçi: Barko Surudziç
“Araz-Naxçıvan”
19. Cavad Məmmədov (q), 6. Ponçe, 7. Ramiz Çovdarov, 13. Viktor Hüqo “Vitao”, 21. Lukas Matheus “Katatau”, 12. Mikael Deon (q), 8. David Qustavo, 3. Pedro Torres, 10. Andreu Varqas, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov (k), 20. Sinesio
Baş məşqçi: Joze Alesio Da Silva