...

“Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən başlayacaq


UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkatma tarixi, eləcə də reqlamenti açıqlanıb. 51 ölkəni təmsil edən 55 klub qalib adı uğrunda mübarizə aparacaq. İlkin və əsas mərhələnin püşkü iyulun 5-də atılacaq.

Artıq iştirakçı klubların reytinq cədvəli açıqlanıb. 23-cü pillədə yer alan ölkə çempionu “Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən start verəcək. Bu mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar və ən yaxşı göstəriciyə malik ikinci pillənin sahibi (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq.

 

İlkin mərhələnin səbətləri (22-27 avqust)

 

1-ci səbət (ev sahibləri)

Lubaua (Polşa 1)

Luçeneç (Slovakiya 1)

Doukas (Yunanıstan 1)

Riqa (Latviya 2)

Titoqrad (Monteneqro 2)

Tirana (Albaniya, 2)

Amiqo Northvest (Bolqarıstan 3)

AEL Limassol (Kipr 3)

 

2-ci səbət (qrupda 4-cüləri)

Blumsbury Futsal (İngiltərə)

PYF Saltires (Şotlandiya)

ASA Tel Aviv Ouls (İsrail)

İstanbul Şişli (Türkiyə)

Sparta Belfast (Şimali İrlandiya)

Folqore (San-Marino)

İsbjorninn (İslandiya)

Avropa (Cəbəllütarıq)


3-cü səbət (qrupda 3-cülər)
Georgians (Gürcüstan)

Enkamp (Andorra)

Nisturu Kişinyov (Moldova)

Jahn Regensburq (Almaniya)

Utleira İdrettslaq (Norveç)

Cefn Druids (Uels)

 

4-cü səbət (qrupda 2-cilər)

Diamant Linz (Avstriya)

Pristina (Kosovo)

Yerevan Futsal (Ermənistan)

Kosmos Tallin (Estoniya)

Blue Magic FC Dublin (İrlandiya)

 

5-ci səbət (qrupda 1-cilər)

Araz-Naxçıvan (Azərbaycan)

Futsal Minerva (İsveçrə)

Örebro (İsveç)

Eindhoven (Niderland)

Radnik Bijeljina (Bosniya və Herseqovina)

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistanı, eləcə də Kosovo və Bosniya və Herseqovinanı təmsil edən klubları eyni qrupda yer ala bilməzlər. Bu mərhələdən əsas mərhələyə yüksələcək komandalar B yolunda yer alacaqlar.

 

 

Əsas mərhələnin oyunları 24-29 oktyabr tarixlərində keçiriləcək. Dörd ölkə - İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiya – hər biri iki klubla təmsil olunacaq. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FİFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.

 

B yolu

B yolunda reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində yer alan komandalar, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq 9 klub yarışacaq. Ümumilikdə 16 komandanın yer aldığı B qrupunda 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda yarışacaq. Ancaq qrup qalibləri elit-raunda yüksələcək.  

 

6-cı səbət (ilkin mərhələ qalibləri, 3-4)

A qrupunun qalibi

B qrupunun qalibi

C qrupunun qalibi

D qrupunun qalibi

E qrupunun qalibi

F qrupunun qalibi

G qrupunun qalibi

H qrupunun qalibi

Ən yaxşı ikinci pilləni tutan 1 komanda

 

7-ci səbət (qrupda 2-cilər)

Kampuksen Dinamo (Finlandiya)

Futsal  Gentofte (Danimarka)

Stalitsa Minsk (Belarus)

 

8-ci səbət (qrupda 1-cilər)

Kaunas Jalgiris (Litva)

Plzen (Çexiya)

Citta di Eboli (İtaliya)

Futsal Dinamo (Xorvatiya)

 

 

A yolu

Son qalib “Palma Futsal” və turnir cədvəlinin ilk 11 pilləsində yer alan komandalar, eləcə də 16-19-cu pillədəki klublar A yolunda mübarizə aparacaq. Ümumilikdə 16 komandanın yer aldığı A qrupunda 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda yarışacaq və hər qrupdan 3 komanda elit-raunda vəsiqə qazanacaq.

 

9-cu səbət (ev sahibləri)

Malorka Palma Futsal (İspaniya, 1)

Doboveç (Sloveniya, 2)

Olmissium (Xorvatiya, 2)

Loznica – Grad (Serbiya, 4)

 

10-cu səbət (qrupda 4-cülər)

HİT (Ukraya)

Differdange 03 (Luksemburq)

Etoile Lavalloise (Fransa)

 

11-ci səbət (qrupda 3-cülər)

Ayat (Qazaxıstan)

Haladas (Macarıstan)

Luxol ST. Andreus (Malta)

Yunayted Qalati (Rumıniya)

 

12-ci səbət (qrupda 2-cilər)

Kayrat Almatı (Qazaxıstan)

RSC Anderlext (Belçika)

 

13-cü səbət (qrupda 1-cilər)

Sportinq (Portuqaliya)

Barsa (İspaniya)

Benfika (Portuqaliya)

 

 

 

Püşkatma və oyun tarixləri:

İlkin və əsas mərhələnin püşkatması: 5 iyul

İlkin mərhələ: 22-27 avqust

Əsas mərhələ 24-29 oktyabr

Elit raundun püşkatması: 2 noyabr

Elit raund 28 noyabr - 3 dekabr

Final mərhələsi: 2-3, 4-5 may