UEFA Çempionlar Liqasının 5-ci qrupu çərçivəsində “Araz-Naxçıvan” bu gün son oyununu keçirib. Təmsilçimizin heyətində Ponçe sarı vərəqə cəzalısı olduğuna görə, meydana çıxmayıb. Qarşılaşma meydan sahibi komandanın qələbəsi ilə başa çatıb. Təmsilçimizin heyətində Vitao və Andreu fərqlənib.
Mostar (Bosniya və Herseqovina) - Araz-Naxçıvan (2:0) 3:2
29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00
Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)
Qollar: Mariyo Aladziç, 2:16, 11:25, Predraq Şeşelj, 32:19 // Vitao, 22:43, Andreu Varqas, 33:20
Sarı vərəqələr: Nermin Kahvedziç, 1:33, Mariyo Aladziç, 33:45 // Vitao, 30:03, Vitinyo, 30:03, Katatau, 38:16, Alesio, 38:16
“Mostar”
1. Amir Ahmadpour (q), 9. Nermin Kahvedziç, 10. Mariyo Aladziç (k), 15. Slobodan Rayçeviç, 19. Bilal Yeliç, 18. Vedad Yaşareviç (q), 4. Adnan Kalaydziç, 5. Tarik Dzemiç, 7. Samir Kosto, 8. Hamed Xodaye, 11. Marin Suton, 13. Predraq Şeşelj, 14. Vedad Subaşiç, 17. Admin Çorhodziç
Baş məşqçi: Mirsad Fazlinoviç
“Araz-Naxçıvan”
19. Cavad Məmmədov (q), 7. Ramiz Çovdarov, 13. Viktor Hüqo “Vitao”, 15. Viktor Pires “Vitinyo”, 21. Lukas Matheus “Katatau”, 12. Mikael Deon (q), 8. David Qustavo, 3. Pedro Torres, 10. Andreu Varqas, 14. Xəzər Ağalızadə, 18. Fərid Ələkbərov (k), 20. Sinesio
Baş məşqçi: Joze Alesio Da Silva