AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
UEFA ÇEMPİONLAR LİQASI
"Araz-Naxçıvan"ın məşqi. Mostar (fotoreportaj)
UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz-Naxçıvan" matçın keçiriləcəyi Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada ilk məşqini keçirib.
"Araz-Naxçıvan" Mostarda
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" bu gün Bakı-İstanbul-Sarayevo reysi ilə Bosniya və Herseqovinaya gəlib. Sarayevodan təxminən 2 saatlıq avtobusla Mostara səfər edən təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 22:00-da ilk məşqinə çıxacaq.
Statistika həvəskarları üçün
Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədi. Belə ki, “Araz” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub. Bu liqanın yeni 2022-23-cü il mövsümündə ölkəmizi “Araz-Naxçıvan” təmsil edəcək. Klublarımızın futzal üzrə UEFA kubokundakı nəticələrini diqqətinizə çatdırırıq:
“Araz-Naxçıvan” səfərə bu heyətlə yollanır
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” sabah - oktyabrın 24-də səhər saatlarında Bakı-İstanbul-Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək. Komandamız qrup oyunlarına evsahibliyi edəcək Mostar şəhərinə paytaxtdan avtobusla hərəkət edəcək. Baş məşqçi Joze Alesio Da Silva Çempionlar Liqasının oyunlarına 13 futzalçı ilə yollanacaq. Felipinyo cəzalı olduğuna görə, bu matçlarda “Araz-Naxçıvan”a kömək edə bilməyəcək.
Rəqiblərin ilkin heyəti
UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olacaq Serbiyanın “Loznika-Qrad 2018” və İsveçin “Orebro” komandalarının ilkin heyəti açıqlanıb.
“Araz-Naxçıvan”ın ÇL üçün ilkin heyəti
Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” ilkin heyəti UEFA-ya göndərib. 19 nəfərlik heyətdə 3 qapıçı yer alır. Cəzalı olduğuna görə bu mərhələdə iştirak etməyəcək Felipinyonun adı da iştirak ərizəsinə daxil edilib. Komanda elit-raunda yüksələcəyi təqdirdə futzalçı komandasına sonuncu görüşdə kömək edə biləcək.
“Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunlarına təyinatlar
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupun oyunlarına təyinatlar açıqlanıb.
“Araz-Naxçıvan”ın oyunlarının təqvimi
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan”ın oyunlarının təqvimi müəyyənləşib. Oyunlar oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki Mithad Hujdur Hujka Arenada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.
BİRİNCİ
‹
9
10
11
12
13
14
15
16
17
18
19
›
SONUNCU