...

“Araz-Naxçıvan” səfərə bu heyətlə yollanır


UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” sabah - oktyabrın 24-də səhər saatlarında Bakı-İstanbul-Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək. Komandamız qrup oyunlarına evsahibliyi edəcək Mostar şəhərinə paytaxtdan avtobusla hərəkət edəcək. Baş məşqçi Joze Alesio Da Silva Çempionlar Liqasının oyunlarına 13 futzalçı ilə yollanacaq. Felipinyo cəzalı olduğuna görə, bu matçlarda “Araz-Naxçıvan”a kömək edə bilməyəcək.

Qapıçılar: 12. Mikael Deon, 19. Cavad Məmmədov

Oyunçular: 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”.

 

Araz-Naxçıvan – Orebro (İsveç)

26 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya)

Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

 

 

Loznika Qrad (Serbiya) - Araz-Naxçıvan

27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30

Hakimlər: Jan Kresta (Çexiya), David Abtequya Urdanoz (İspaniya), Viktor Chaix (Fransa)

Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

 

 

29 oktyabr

Mostar (Bosniya və Herseqovina) – Araz-Naxçıvan

29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)