AVROPA ÇEMPİONATI
-
Azərbaycan – Slovakiya: Məşqçi fikirləri
Bu gün Bakı İdman Sarayında keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra hər iki komandanın baş məşqçisi azfutzal.az saytına açıqlama verib:
-
Millimiz qələbə ilə başladı
Bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçərən Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutan oyuna komandamız itkilərlə çıxıb. Fineo De Araujo zədəli, Eduardo Borges isə cəzalı olduğuna görə milliyə kömək edə bilməyib. Yeri gəlmişkən, Eduardo Borges məhz ötən il Slovakiya ilə keçirilmiş oyunda ikinci sarı-qırmızı vərəqə alaraq cəzalı duruma düşmüşdü.
Oyunda hesabı futzalçılarımız açdı. Bolinha rəqib qapısına yol tapmaqla komandamıza üstünlük qazandırdı. 6-cı dəqiqədə Xətai Bağırov qapıçı ilə duel zamanı qeyri-dəqiq oynadı. Bir dəqiqə sonra İsanın, ardınca Çovdarovun zərbəsi təhlükəli alındı. Bağırov növbəti həmlə zamanı qapıçını da geridə buraxdı, amma “çərçivə”yə düşə bilmədi. 8-ci dəqiqədə isə bəxtimiz gətirdi. Marian Hudek dirəyi nişan aldı. 13-cü dəqiqədə Rövşən Drahovskinin qol vurmaq istəyini gözündə qoydu. Amma kapitan istəyinə 15-ci dəqiqədə çatdı. Vassoura və Hüseynlinin anlaşmazlığından istifadə edən hücumçu tablodakı rəqəmləri eyniləşdirdi.
İkinci hissənin əvvəlində Rövşən Drahovski ilə dueldən qalib ayrıldı. Rafaelin zərbəsi isə təhlükəli, amma qeyri-dəqiq alındı. 30-cu dəqiqədə Drahovski-Brunovski tandemi fərqi dəyişməyə çox yaxın oldu. 34-cu dəqiqədə rəqib meydanda azlıqda qaldı. Amma futzalçılarımız meydandakı bu üstünlüyü hesaba daşıya bilmədilər. Əvəzində Qalo 38-ci dəqiqənin yekununda uzaq məsafədən rəqib torunu silkələdi. Rəqib qapıçını da meydan oyunçusu ilə əvəzlədi ki, bu dəfə Bağırov birinci hissədə qaçırdığı epizodların əvəzini çıxdı. Oyunda son nöqtəni isə İsa Atayev qoydu. Beləliklə 4:1 hesablı qələbə qazanan millimiz qrup lideridir.
-
Azərbaycan – Slovakiya: Heyətlər
Bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçərəcək Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında baş tutacaq oyun üçün komandaların heyətləri açıqlanıb. Millimizin heyətində 2 futzalçı meydana çıxmayacaq. Fineo De Araujo zədəli, Eduardo Borges isə cəzalı olduğuna görə komandaya kömək edə bilməyəcək. Yeri gəlmişkən, Eduardo Borges məhz ötən il Slovakiya ilə keçirilmiş oyunda ikinci sarı-qırmızı vərəqə alaraq cəzalı duruma düşüb.
-
Qrupda ilk oyun keçirilib
Azərbaycan millisinin yer aldığı 3-cü qrupda ilk oyun keçirilib. Moldova yığması Yunanıstan millisi ilə qarşılaşıb. Oyun moldovalı futzalçıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, sabah Bakıda Slovakiya yığmasını qəbul edəcək millimiz fevralın 2-də Afinada Yunanıstan komandası ilə görüşəcək.
-
Rəqibin heyəti açıqlanıb
Fevralın 2-də Afinada Azərbaycan millisini qəbul edəcək Yunanıstan yığmasının heyəti açıqlanıb. Baş məşqçi Giannis Ziavas 19 futzalçıya dəvət göndərib.
-
Rəqibin heyəti açıqlanıb
Final mərhələsi 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin ilk rəqibi olacaq Slovakiya yığması hazırlığa başlayıb. Baş məşqçi Marian Berky zədə və koronavirus ehtimalını nəzərə alaraq, toplanışa geniş heyət dəvət edib.
-
“Niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”
Azərbaycan millisinin final mərhələsi 2022-ci ildə Niderlandda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Daha dorusu, Slovakiya və Moldova ilə qarşılaşacağımız aydındır. Amma digər rəqibimizin Türkiyə, yoxsa Yunanıstan olacağı bu komandalar arasında keçiriləcək pley-off oyunlarında müəyyənləşəcək. Bəs kifayət qədər tanış olan rəqiblərlə yer aldığımız qrup haqda millinin hücumçusu Xətai Bağırov nə düşünür? Futzalçının azfutzal.az saytına açıqlamasını diqqətinizə çatdırırıq:
-
Rövşən Hüseynli millinin məqsədini açıqladı
AÇ-2022-nin qrup mərhələsində millimizin qarşılaşacağı rəqibləri müəyyənləşib. Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibi ilə birinci yer uğrunda yarışacaq komandamız mübarizəyə noyabrda başlayacaq. Püşklə bağlı millinin qapıçısı Rövşən Hüseynli azfutzal.az-a bunları dedi: