DÜNYA ÇEMPİONATI
-
Elit-raund öncəsi səbətlər
Xəbər verdiyimiz kimi, DÇ-2020-nin elit-raundunun püşkü noyabrın 7-də, saat 17:15-də İsveçrənin Nyon şəhərində atılacaq. UEFA püşköncəsi komandaları səbətləri bölüb. Millimiz öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, komandamızla birgə qrupunun ikincisi olacaq İtaliya, Sloveniya, Serbiya rəqibimiz olmayacaq. Qrup birinciləri isə bu komandalar olacaq: İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan.
Məlumat üçün qeyd edək ki, komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar. Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaq.
Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.
-
Slovakiya - Azərbaycan 0:2 (qollar)
-
Millimizin potensial rəqibləri
Dünən keçirilmiş oyunlarla DÇ-2020-nin Avropa zonası üzrə əsas mərhələsinə yekun vurulub. Bununla da elit-raunda vəsiqə qazanmış komandalar müəyyənləşib. İlkin mərhələdən mübarizəyə başlamış komandalardan Finlandiya və Belarus elit-raunda yüksəlməyi bacarıb. Elit-raundun püşkü noyabrın 7-də, saat 17:15-də Nyonda atılacaq. Hər qrupda əsas mərhələni 1-ci pillədə başa vurmuş iki, eyni zamanda ikinci pillədə qərarlaşmış iki komanda yer alacaq. Bu mərhələnin oyunları gələn il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.
-
Slovakiya – Azərbaycan: Məşqçi fikirləri
DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Slovakiya – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
-
Namiq Məmmədkərimov milli komandadakı karyerasını başa vurub
Bu gün keçirilmiş Slovakiya – Azərbaycan oyundan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov milli komandada karyerasını başa vuran Namiq Məmmdəkərimova komandanın formasını hədiyyə edib.
-
Millimiz elit-raunda qrup lideri kimi yollanıb
Bu gün Azərbaycan millisi əsas mərhələdə son oyununu keçirib. Komandamız bu dəfə Slovakiya yığması ilə qarşılaşıb. Hər iki komanda əvvəlki oyunlardan maksimum xal topladığından və elit-raunda vəsiqəni təmin etdiyindən, oyun qrup qalibini müəyyənləşdirmək baxımından vacib idi. Çünki elit-raundda püşk atılan zaman bu məqam nəzərə alınacaq. Oyunöncəsi turnir cədvəlindəki vəziyyət rəqibə heç-heçənin də kifayət etdiyini göstərirdi. Millimizə isə ancaq qalib gəlmək gərəkirdi ki, mərhələni qrup qalibi kimi yekunlaşdırsın. Moldova ilə matçda qırmızı vərəqə alan İsa Atayev bu dəfə sıraya dönmüşdü. Bir sözlə, hər iki komanda tam heyətlə mübarizə aparırdı.
Oyunun fasiləsinə qədər millimiz qol epizodları yaratsa da, bunu realizə edə bilməyib. İkinci hissədə Bolinya, daha sonra Vassoura rəqib torunu silkələyib. Bir epizodda Xətai Bağırov dirəyi nişan alıb. Beləliklə 3 oyundan maksimum xal toplayan millimiz elit-raunda qrup lideri kimi vəsiqə qazanıb.
-
Bu gün saat 20:00: Slovakiya – Azərbaycan
DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Slovakiya yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq və İdman TV-də canlı yayımlanacaq. Görüşü idarə edəcək hakimləri diqqətinizə çatdırırıq: Ondrej Çerny (Çexiya), İngus Puriņş (Latviya), İngo Heemsoth (Almaniya).
-
Bolinyanın 10-cu qolu
DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Monteneqro ilə keçirilmiş oyun millimizin hücumçusu Bolinya üçün əlamətdar olub. Belə ki, o, millinin forması altında DÇ-lərdə 10-cü qolunu vurub. 2016-cı ildən Azərbaycan millisinə cəlb edilən hücumçu 7 qolu həmin il Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində rəqib qapılarından keçirib. Hazırkı seçmə mərhələdə isə hücumçu Moldova ilə görüşdə dubl edib, Monteneqronun qapısına isə bir dəfə yol tapıb.