Dünən keçirilmiş oyunlarla DÇ-2020-nin Avropa zonası üzrə əsas mərhələsinə yekun vurulub. Bununla da elit-raunda vəsiqə qazanmış komandalar müəyyənləşib. İlkin mərhələdən mübarizəyə başlamış komandalardan Finlandiya və Belarus elit-raunda yüksəlməyi bacarıb. Elit-raundun püşkü noyabrın 7-də, saat 17:15-də Nyonda atılacaq. Hər qrupda əsas mərhələni 1-ci pillədə başa vurmuş iki, eyni zamanda ikinci pillədə qərarlaşmış iki komanda yer alacaq. Bu mərhələnin oyunları gələn il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.
1-ci qrup
İspaniya, Finlandiya
2-ci qrup
Sloveniya, Ukrayna
3-cü qrup
AZƏRBAYCAN, Slovakiya
4-cü qrup
İtaliya, Belarus
5-ci qrup
Qazaxıstan, Rumıniya
6-cı qrup
Serbiya, Fransa
7-ci qrup
Rusiya, Xorvatiya
8-ci qrup
Portuqaliya, Çexiya