DÜNYA ÇEMPİONATI
-
Millimiz elit-raunda qrup lideri kimi yollanıb
Bu gün Azərbaycan millisi əsas mərhələdə son oyununu keçirib. Komandamız bu dəfə Slovakiya yığması ilə qarşılaşıb. Hər iki komanda əvvəlki oyunlardan maksimum xal topladığından və elit-raunda vəsiqəni təmin etdiyindən, oyun qrup qalibini müəyyənləşdirmək baxımından vacib idi. Çünki elit-raundda püşk atılan zaman bu məqam nəzərə alınacaq. Oyunöncəsi turnir cədvəlindəki vəziyyət rəqibə heç-heçənin də kifayət etdiyini göstərirdi. Millimizə isə ancaq qalib gəlmək gərəkirdi ki, mərhələni qrup qalibi kimi yekunlaşdırsın. Moldova ilə matçda qırmızı vərəqə alan İsa Atayev bu dəfə sıraya dönmüşdü. Bir sözlə, hər iki komanda tam heyətlə mübarizə aparırdı.
Oyunun fasiləsinə qədər millimiz qol epizodları yaratsa da, bunu realizə edə bilməyib. İkinci hissədə Bolinya, daha sonra Vassoura rəqib torunu silkələyib. Bir epizodda Xətai Bağırov dirəyi nişan alıb. Beləliklə 3 oyundan maksimum xal toplayan millimiz elit-raunda qrup lideri kimi vəsiqə qazanıb.
-
Bu gün saat 20:00: Slovakiya – Azərbaycan
DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Slovakiya yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq və İdman TV-də canlı yayımlanacaq. Görüşü idarə edəcək hakimləri diqqətinizə çatdırırıq: Ondrej Çerny (Çexiya), İngus Puriņş (Latviya), İngo Heemsoth (Almaniya).
-
Bolinyanın 10-cu qolu
DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Monteneqro ilə keçirilmiş oyun millimizin hücumçusu Bolinya üçün əlamətdar olub. Belə ki, o, millinin forması altında DÇ-lərdə 10-cü qolunu vurub. 2016-cı ildən Azərbaycan millisinə cəlb edilən hücumçu 7 qolu həmin il Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində rəqib qapılarından keçirib. Hazırkı seçmə mərhələdə isə hücumçu Moldova ilə görüşdə dubl edib, Monteneqronun qapısına isə bir dəfə yol tapıb.
-
Azərbaycan - Monteneqro: Video
-
Azərbaycan - Monteneqro (fotoreportaj)
-
Azərbaycan – Monteneqro: Məşqçi fikirləri
DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Monteneqro oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
-
Millimiz elit-raunda vəsiqəni təmin etdi
Bu gün Azərbaycan milli komandası dünya çempionatının əsas mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Komandamız Monteneqro futzalçıları ilə qarşılaşıb. İsa Atayev Moldova ilə oyunda qırmızı vərəqə aldığına görə, bu qarşılaşmada iştirak etməyib. Oyunda hesabı futzalçılarımız açsa da, fasiləyə rəqib üstün yollanıb. İkinci hissədə fəallaşan millimiz hesabı bərabərləşdirib, daha sonra nəticəni lehinə dəyişdirib. Bununla da ikinci qələbəsini qazanan millimiz elit-raunda vəsiqəni təmin edib. Amma Slovakiya ilə keçiriləcək son qarşılaşma əhəmiyyətini itirməyib. Qrup qalibi olmaq üçün futzalçılarımıza mütləq qələbə qazanmaq lazımdır. Çünki elit-raundda qrupun tərkibi müəyyənləşdirmək baxımından əsas mərhələni hansı pillədə başa vuracağın həlledici rol oynayacaq.
Qrupun digər oyununda Moldova və Slovakiya yığmaları qarşılaşıb. Görüş Slovakiyanın 7:4 hesablı qələbəsi ilə başa çatıb.
-
İkinci Liqa, VII tur: Təyinatlar
İkinci Liqada oktyabrın 27-də Olimpik Starda keçiriləcək VII turun oyunlarına təyinatlar açıqlanıb: