Bu gün Azərbaycan millisi əsas mərhələdə son oyununu keçirib. Komandamız bu dəfə Slovakiya yığması ilə qarşılaşıb. Hər iki komanda əvvəlki oyunlardan maksimum xal topladığından və elit-raunda vəsiqəni təmin etdiyindən, oyun qrup qalibini müəyyənləşdirmək baxımından vacib idi. Çünki elit-raundda püşk atılan zaman bu məqam nəzərə alınacaq. Oyunöncəsi turnir cədvəlindəki vəziyyət rəqibə heç-heçənin də kifayət etdiyini göstərirdi. Millimizə isə ancaq qalib gəlmək gərəkirdi ki, mərhələni qrup qalibi kimi yekunlaşdırsın. Moldova ilə matçda qırmızı vərəqə alan İsa Atayev bu dəfə sıraya dönmüşdü. Bir sözlə, hər iki komanda tam heyətlə mübarizə aparırdı. Oyunun fasiləsinə qədər millimiz qol epizodları yaratsa da, bunu realizə edə bilməyib. İkinci hissədə Bolinya, daha sonra Vassoura rəqib torunu silkələyib. Bir epizodda Xətai Bağırov dirəyi nişan alıb. Beləliklə 3 oyundan maksimum xal toplayan millimiz elit-raunda qrup lideri kimi vəsiqə qazanıb.
Slovakiya – Azərbaycan (0:0) 0:2
26 oktyabr. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Ondrej Çerny (Çexiya), İngus Puriņş (Latviya), İngo Heemsoth (Almaniya)
Hakim-inspektor: Pedro Angel Qalan Nieto (İspaniya)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)
Qollar: Bolinya, 29:21, Vassoura, 34:38
Sarı vərəqələr: Vassoura, 22:28, Bolinya, 38:46
Slovakiya
Baş məşqçi: Marian Berky
Azərbaycan
Baş məşqçi: Joze Alesio Da Silva
№ |
Komanda |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Azərbaycan |
3 |
3 |
0 |
0 |
8-3 |
9 |
2 |
Slovakiya |
3 |
2 |
0 |
1 |
12-6 |
6 |
3 |
Monteneqro |
3 |
1 |
0 |
2 |
6-11 |
3 |
4 |
Moldova |
3 |
0 |
0 |
3 |
8-14 |
0 |