A MİLLİ
-
Caspian Cup-2019-un qalibi Rusiya oldu
Rusiyanın Həştərxan şəhərində təşkil olunmuş Caspian Cup-2019 turniri başa çatıb. Son oyunda İran millisini 9:3 hesabı ilə məğlub edən Rusiya yığması turnirin qalibi olub. İran gümüş, Qazaxıstan isə bürünc medal qazanıb. Yığmamız turniri sonuncu pillədə başa vurub.
Rusiya-İran qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İqita (Qazaxıstan) ən yaxşı qapıçı, millimizin üzvü Eduardo Borges ən yaxşı müdafiəçi, Bahadur (İran) ən yaxşı hücumçu, Romulo (Rusiya) isə ən yaxşı oyunçu seçilib. Turnirin bombardiri Qazaxıstan millisinin üzvü Duqlas olub.
Mükafatları Rusiya mini-futbol federasiyasının prezidenti Emil Əliyev, Həştərxan vilayətinin bədən tərbiyəsi və idman naziri Maksim Fidurov, vilayətin mini-futbol federasiyasının rəhbəri Remir Muharramov təqdim ediblər.
Qeyd edək ki, 2017-ci ildə İranda keçirilmiş ilk turnirdə millimiz üçüncü pilləni tutmuşdu. Həmin vaxt qalib İran, gümüş medalçı isə Rusiya olmuşdu. Qazaxıstan isə dördüncü pillədə yer almışdı.
-
“Rikaşet qollar buraxdıq”
Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində bu gün Qazaxıstanla keçirilmiş oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın azfutzal.az-a müsahibəsi
-
Azərbaycan - Qazaxıstan (fotoreportaj)
-
Beynəlxalq turnirdə son oyun
Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib. Komandamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb.
Bu oyun ən azı bürünc medalçının kimliyini müəyyənləşdirmək baxımından vacib idi. Hətta Rusiya – İran oyununda ikincilər məğlub olacağı təqdirdə millimiz qələbə qazanmaqla gümüş medalı da əladə edə bilərdi. İstənilən halda, mükafatçılar sırasına düşmək üçün komandamız bu dueldə yenilməməli idi. İlk iki oyunda ardıcıl sarı vərəqə alan Vassora görüşü buraxırdı. Onun yoxluğunda baş məşqçi Joze Alesio Da Silva “5-lik”də Rizvan Fərzəliyevə yer vermişdi. İsa Atayev də zədəli olduğuna görə matçı ehtiyatdan izləyirdi.
Oyuna rəqib fəal başladı və tezliklə hesabı açdı. İkinci qol autdan top oyuna daxil edilən zaman Thaqoya dəyib qapıdan keçdi. Növbəti qol isə Birjandan gəldi. 17-ci dəqiqədə fərqi azaltmaq mümkün idi. Cərimə limitini dolduran Qazaxıstan millisinin qapısına 10 metrlik təyin olundu. Amma Amadeunun zərbəsini İqita kornerə çıxarmaqla buna imkan vermədi. Sonrakı dəqiqələri komandamız 5 meydan oyunçusu ilə keçirdi ki, kapitan qapıçını əvəzlədi. Bu rəqibin işinə yaradı. Duqlas fasilə ərəfəsində fərqi 4 top çatdırdı.
İkinci hissədə qapıçının meydan oyunçusu ilə əvzlənməsi 27-ci dəqiqədə bəhrəsini verdi. Thaqo bu dəfə fərqi azaldan qola imza atdı. Ancaq 28-ci dəqiqədə Duqlas boş qapını nişan almaqla 4 topluq fərqi bərpa etdi. Oyun sistemini saxlayam komandamız 35-ci dəqiqədə Poletto ilə qola yaxın oldu. Ancaq İqita səhsiz oynadı. 37-ci dəqiqədə Eduardo istəyinə çatdı və turnirdə ikinci dəfə rəqib torunu silkələdi. Bir dəqəqə sonra Kardosunun zərbəsi qapı tirinə tuş gəldi.
Beləliklə ikinci dəfə təşkil edilən Caspian Cup turnirində komandamız sonuncu pilləni tutdu.
-
Azərbaycan - Qazaxıstan: Heyətlər
Caspian Cup-2019 turniri çərçivəsində saat 15:00-da keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu üçün komandaların heyətləri:
-
Millimiz turnirdə son oyununu keçirəcək
Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirəcək. Komandamız Qazaxıstan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
-
İran - Azərbaycan 2:2 (video)
-
“Bu gün çox yaxşı oynadıq”
Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində İranla keçirilmiş oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlama verib: