AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
A MİLLİ
İlk oyunda məğlubiyyət
Bu gün millimiz Minskdəki təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. Komandamız Belarus yığması ilə qarşılaşıb. Zədəli olduğuna görə Fineo, eləcə də Kardoso Everton və Amadeu Minskə yollanmamışdı. MAPİD İdman Kompleksində keçirilmiş oyuna Alesio bu “5-liy”i buraxıb: Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Vitali Borisov, Teles Thaqo və Sezar Conatan. Rəqibin heyətində isə tanış sima var idi. İki ilə əvvəl “Marafon Futsal”ın formasını geyinmiş Jarikov bu dəfə milli komandasına kömək edirdi. Oyun meydan sahiblərinin nisbi üstünlüyü ilə başlasa da, qapıya ilk təhlükəli zərbə 2-ci dəqiqədə Sezar Conatandan gəldi. İsa Atayevin zərbəsini isə qapıçı kornerə çıxardı. Əvəzində kornerdən oyuna daxil edilən topu Xətai qarşısıalınmaz zərbə ilə tora qovuşdurdu. Ancaq hesabdakı üstünlüyümüz cəmi 10 saniyə çəkdi. 7-ci dəqiqədə Rövşən Alenin hesabı xeyirlərinə dəyişməsinə imkan vermədi. Ancaq 11-ci dəqiqədə Anton Qusakovun zərbəsi dəqiq oldu və meydan sahibləri hesabı xeyrinə dəyişdi. Təxminən dəqiqəyarımdan sonra Yevdokimov komanda yoldaşının zərbəsinə bənzər dəqiq zənbə endirdi. Vitalinin topu rəqib müdafiəçinin başı üzərindən aşırıb fərqi azaltdığı epizodda isə yerli azarkeşlərin baxımlı qol vurduğuna görə futzalçımızı alqışladı. İkinci hissəyə rəqib qolla başladı. 23-cü dəqiqədə fərq iki topa çatdı. Ardınca Xətainin zərbəsi dirəkdən geri döndü. Artıq əsəbləri tarıma çəkilən millinin üzvləri ardıcıl sarı vərəqələr almaqla yadda qaldı. Rəqib isə futzalçılarımızın təzyiqinə baxmayaraq, 31-ci dəqiqədə fərqi 3 topa çatdırdı. 35-ci dəqiqədə Vitalinin qüvvətli zərbəsini Yevqeni çətinliklə geri qaytardı. Qapıçını da meydan oyunçusu ilə əvəzləyən Alesio az qala 36-cı dəqiqədə meydan sahiblərinin boş qapını nişan almasına şahid olacaq. Son anda özünü topa çatdıran İsa hesabın dəyişməsinə imkan vermədi. Sona 40 saniyə qalmış millimiz fərqi 2 top endirdi. Ramiz Çövdarov oyunda son nöqtəni qoydu.
Belarus – Azərbaycan: Heyətlər
Bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək Belarus – Azərbaycan oyunu üçün komandaların heyətləri:
Oyunu izləmək üçün link
Bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək Belarus – Azərbaycan yoldaşlıq oyununu mini.football.by saytı vasitəsilə izləyə bilərsiniz.
Millimiz bu gün Belarus yığması ilə qarşılaşacaq
Azərbaycan milli komandası bu gün Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək. Minsk şəhərindəki MAPİD İdman Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da (yerli vaxtla saat 18:30-da) başlayacaq.
Millinin məşqi (fotoreportaj)
Avqustun 26-da və 28-də Belarus yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi MAPED İdman Kompleksində ilk məşqini keçib. Məşqdən hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq:
Millimiz Minskdə (fotolar)
Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirmək üçün bu gün Belarusa yola düşüb. Bakı-Minsk reysi ilə səfər çıxan komandamız oyunun keçiriləcəyi şəhərə çatıb. “Slavyanskaya” otelində məskunlaşan millimiz bu gün yerli vaxtla saat 19:00-da ilk məşqinə çıxacaq. Avqustun 26-da və 28-də isə Belarus millisi ilə yoldaşlıq oyunları keçiriləcək.
Fərid Atakişiyev milliyə dəvət olunub
Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Amadeu Fernandes viza ilə bağlı problemlə üzləşdiyindən millinin toplanışına qatıla bilməyib. Baş məşqçi EKOL klubunun üzvü Fərid Atakişiyevi hazırlığa dəvət edib. Qeyd edək ki, avqustun 24-dək Bakıda toplanış keçirəcək milli hazırlığını avqustun 25-dən 29-dək Minskə davam etdirəcək. Toplanış çərçivəsində komandamız avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.
“İki oyundan maksimum istifadə etməliyik”
Avqustun 15-dən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandası hazırlığını plan üzrə davam etdirir. Azfutzal.az saytına açıqlama verən baş məşqçi Joze Alesio da Silva bunları deyib:
BİRİNCİ
‹
24
25
26
27
28
29
30
31
32
33
34
›
SONUNCU