Martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir. Ölkə xaricində çıxış edən futzalçılardan Eduardo Borges, Vassoura və Bolinha artıq komandanın düşərgəsindədir və məşqlərdə iştirak edirlər. Qalo və Rafael Vilela milliyə sabah qoşulacaqlar. Dünənki məşqdə isə qapıçı Emin Kürdov zədələnib. Onun Moldova ilə oyunda komandaya kömək edib-etməyəcəyi bugünkü tibbi müayinədən sonra müəyyənləşəcək.