AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
U-19
Bu gün saat 19:00: Azərbaycan (U-19) – Türkiyə (U-19
Bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirəcək millimiz Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
“Rühdan düşmədik, özümüzə inandıq”
Avropa çempionatının əsas mərhələsində dünən Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin qapıçısı və kapitanı Hüseyn Abdulovun azfutzal.az-a açıqlaması:
Xorvatiya (U-19) - Azərbaycan (U-19) 3:3 (qollar)
“Bu oyunlar bizim üçün əvəzsiz təcrübədir”
Avropa çempionatının əsas mərhələsində mübarizə aparan Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası Xorvatiya yığması ilə qarşılaşıb. 3:3 hesabı ilə başa çatan görüşdə komandamızın ilk qolunu vuran Fariz Hüseynovun matçla bağlı açıqlaması:
"Ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, onlarda özünəinamı artırdı"
Avropa çempionatının əsas mərhələsində keçirilən Xorvatiya – Azərbaycan oyunundan sonra komandamızın baş məşqçisi İlqar Aslanov azfutzal.az-a açıqlaması:
Xorvatiya (U-19) - Azərbaycan (U-19): Fotoreportaj
Əsas mərhələdə tarixi nəticə
Avropa çempionatının əsas mərhələsində çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. Komandamız Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşıb. İlk matçla müqayisədə baş məşqçi İlqar Aslanov “5-lik”də 2 dəyişiklik edib. Qapıda bu dəfə Hüseyn Abdulov yer almışdı. Nazim Hüseynovun əvəzinə isə Oqtay Mahmudzadə ilk saniyələrdən meydanda idi. Qrupun favoritlərindən sayılan xorvatlar 3-cü dəqiqədə hesabı açsa da, futzalçılarımız fasiləyə üstün yollanmağı bacardı. 7-ci dəqiqədə Fariz Hüseynov tablodakı rəqəmləri eyniləşdirdi. 10 dəqiqə sonra Ədalət Ələkbərov millimizi hesabda önə keçirdi. İkinci hissədə də komandamızın fərqi artırmaq üçün imkanları oldu. Ancaq 27-ci dəqiqədə yığmamız meydanda azlıqda qaldı. Abdulov rəqib hücumun qarşısını alan zaman cərimə meydanından kənarda topu əli ilə qaytardı ki, belədə referi qırmızı vərəqədən istifadə etməli oldu. 2 dəqiqə azlıqda mübarizə aparan futzalçılarımız rəqibə fərqlənmək imkanı vermədi. 35-ci dəqiqədə hesab yenidən bərabərləşdirdi. Son dəqiqə azı 2 epizodda futzalçılarımız topu rəqibdən “oğurlasa” da boş qapıya düşə bilmədi. Meydan sahibləri isə 12 saniyə qalmış hesabı xeyrinə dəyişdi. Amma sona qədər mübarizəni davam etdirən futzalçılarımız son saniyə qolu ilə tarixi nəticə qazandı. Belə ki, bu heç-heçə U-19-un əsas mərhələdə qazandığı ilk xal oldu. Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xorvatiya – Azərbaycan: Heyətlər
Avropa çempionatının əsas mərhələsində çərçivəsində bu gün keçiriləcək Xorvatiya – Azərbaycan oyunu üçün komandaların heyətləri:
1
2
3
4
5
6
›
SONUNCU