Avropa çempionatının əsas mərhələsində 19 yaşadək futzalçılarımız son oyununu keçirib. Komandamız Türkiyənin müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gəlib. Gərgin keçən oyunda qələbəni rəqib bayram edib. Halbuki fasiləyə futzalçılarımız hesabda üstün yollana bilərdi. Top iki dəfə qapı dirəyinə tuş gəldisə, bir o qədər də qeyri-dəqiqlik buna imkan vermədi. İkinci hissədə də vəziyyəti dəyişə bilməyən komandamız məğlub oldu və əsas mərhələdə mübarizəni başa vurdu. 3 oyundan 7 xal toplayan Türkiyə futzalçıları qrupun son görüşünün nəticəsindən asılı olmayaraq bu ilin sentyabrında Moldovanın paytaxtı Kişinyovda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Qeyd edək ki, cari qitə birinciliyinə ilkin mərhələdən start verən U-19 qrup qalibi kimi əsas mərhələyə yüksəlmişdi.
Azərbaycan – Türkiyə (0:2) 1:3
AÇ, əsas mərhələ.
29 mart. Ribnjak İdman Arenası. Saat 19:00
Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-isnpektor: Victor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Qollar: Elgün Sadıqlı, 33:20 // Ahmet Köksal, 11:06, Ege Bilim, 17:58, Recep İnanç, 29:10
Sarı vərəqələr: Əli Həsənzadə, 5:13, Fariz Hüseynov, 19:22, Oqtay Mahmudzadə, 32:53 // Emin Doğan, 27:52
Azərbaycan
12. Əli Həsənzadə (q), 5. Rəvan Məşiyev, 6. Oqtay Mahmudzadə, 7. Ədalət Ələkbərov, 9. Pünhan Qasımzadə (k), 10. Nazim Hüseynov, 2. Elgün Sadıqlı, 8. Hüseyn Cəfərzadə, 11. Bəyoğlan Vəlizadə, 13. Fariz Hüseynov, 14. Rəvan Quliyev
Baş məşqçi: İlqar Aslanov
Türkiyə
1. Ferhad Çiçək (q), 7. Burhan Tuzun, 8. Emin Doğan, 10. Ensar Bugra, 11. Ege Bilim (k), 12. Ozan Gündüz (q), 2. Muhammed Kadıoğlu, 4. Talha Mersinlioğlu, 5. Ahmet Köksal, 6. Recep İnanç, 9. Eren Bayar
Baş məşqçi: Murat Kaya