U-19
-
YO: Azərbaycan U-19 - Türkiyə U-19 (fotoreportaj)
-
U-19 ilk oyunda məğlub olub
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Bakı İdman Sarayında keçirilmiş və CBC Sport kanalı vasitəsilə yayımlanmış oyunda hesabı qonaqlar açıb. Ancaq cəmi 2 dəqiqə sonra komandamız status-kvonu bərpa edib, hətta hesabı lehinə də dəyişib. Sonrakı dəqiqələrdə tərəflər hərəyə bir dəfə fərqlənib ki, nəticədə komandamız fasiləyə üstün yollanmağı bacarıb.
İkinci hissənin əvvəlində üstünlüyü ələ leçirən rəqib hesaba da tarazlıq gətirib. Daha 2 qol vuran qonaqlar yekundə qələbə qazanıb.
Xatırladaq ki, bu komandalar arasında növbəti oyun fevralın 21-də, saat 19:00-da, Bakı İdman Sarayında keçiriləcək.
-
Millimiz bu gün yoldaşlıq oyunu keçirəcək
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək. Komandamız Türkiyədən olan həmyaşıdları ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək oyun saat 19:00-da başlayacaq və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
-
“Komanda qələbə qazanmalıdır ki, özünəinam hiss etsin”
Fevralın 19-da və 21-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun azfutzal.az saytına müsahibəsi.
-
U-19-un məşqi (fotoreportaj)
Fevralın 19-da və 21-də, saat 19:00-da, Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin məşqindən hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq:
-
Rəqibin heyəti açıqlanıb
Fevralın 19-da və 21-də Bakı İdman Sarayında 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası ilə qarşılaşacaq Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasının heyəti açıqlanıb. Fevralın 17-də bir araya gələcək qardaş ölkə futzalçıları fevarlın 18-də Bakıya səfər edəcək. Baş məşqçi Murat Kaya heyətə 3-ü qapıçı olmaqla 14 futzalçı dəvət edib. Heyəti diqqətinizə çatdırırıq:
-
Yoldaşlıq oyunlarına təyinatlar
Fevralın 19-da və 21-də 19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyunlarına təyinatlar açıqlanıb:
-
U-19 (futzal) yoldaşlıq oyunları keçirəcək
Avropa çempionatının əsas mərhələsinə hazırlaşan 19 yaşadək futzalçılarda ibarət Azərbaycan yığması fevralın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı, toplanış çərçivəsində fevralın 19-da və 21-də, saat 18:00-da, Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hazırlıq prosesinə dəvət olunmuş futzalçıların siyahısını diqqətinizə çatdırırıq: