Fevralın 19-da və 21-də Bakı İdman Sarayında 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası ilə qarşılaşacaq Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasının heyəti açıqlanıb. Fevralın 17-də bir araya gələcək qardaş ölkə futzalçıları fevarlın 18-də Bakıya səfər edəcək. Baş məşqçi Murat Kaya heyətə 3-ü qapıçı olmaqla 14 futzalçı dəvət edib. Heyəti diqqətinizə çatdırırıq:
Qapıçılar: Ertuğrul Yıldız ( Gənclərbirliyi, ) Recep Taş (Arnavutköy Bld.S.K), Erkan Çinar (Beşiktaş)
Oyunçular: Mustafa Acar ( Antalyaspor), Muhammed Yusuf Aygün (Beşiktaş), Mustafa Yorulmaz ( Gənclərbirliyi), Doğu Demirkol (Göztəpə), Batuhan Dırağa (Kasımpaşa) Sefa Çollak (Medipol Başakşehir), Arda Köksal (Ərzurumspor), Emir Şenocak (Bursaspor), Bünyamin Balcı (Antalyaspor), Muhammed Furkan Özhan (Ərzurumspor), Berat Altındiş (Bursaspor)