Mövsümlərarası fasilədə iranlı legionerlərlə yollarını ayıran “Araz” transfer çalışmalarını davam etdirir.
Taylandda ayyarımlıq legioner həyatından sonra komandaya dönən Xətai Bağırovun ardınca son çempion ötən mövsümü “Neftçi” İK-da keçirmiş Vahid Şəfaye ilə anlaşıb. Klubun idman direktoru Marat Salyanski 27 yaşlı “stolba” mövqeyində çıxış edən futzalçı ilə 1 illik müqavilə imzalandığını bildirib.
Qeyd edək ki, “Araz” ölkəmizi UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək. Təmsilçimiz “Benfika”, “Halle-Gooik” və “Xerson”la 2-ci qrupda mübarizə aparacaq. Oyunlar oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.