...

Yüksək Liqanın püşkü atılıb


Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Komandalara əsasnamədə edilmiş yeniliklərlə bağlı məlumat verilib, suallar cavablandırılıb. Qeyd edək ki, ötən illə müqayisədə Yüksək Liqada bu dəfə 7 yox, 10 komanda qalib adı uğrunda mübarizə aparacaq. Mövsüm 3 dövrədən ibarət olacaq. “İlk 4-lük”də yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq. Bundan başqa, cari mövsümdə legioner limiti tətbiq ediləcək. Komandalar iştirak ərizəsinə maksimum 7, oyunun protokoluna isə 5 legioner futzalçının adını daxil edə bilər. Matçın protokoluna bir nəfər 2000-ci il və daha gənc yerli oyunçunun adının daxil edilməsi isə vacibdir.

Püşkün nəticəsinə əsasən, çempionatın birinci turunun təqvimi aşağıdakı kimidir:

11 sentyabr, Bakı İdman Sarayı

“Bakı” TFK – “Yasamal” İSK

“Araz” – “Baku Fire”

“Xızı Futzal” – “Record club”

“Premier” (Quba) – EKOL

“Marafon” FK – “Neftçi”İK