...

“Xızı Yasamal” ilk xalını qazanıb


Bu gün Birinci Liqada III turun 5 oyunu keçirilib. Olimpik Starda ilk qələbəni “Forza Neftçi” qazanıb. “Ulduz”da günü 3 xalla qapayıb. Mən məhsuldar nəticəni isə ADBTİA aktivinə yazdırıb. Günün maraqlı oyunu “Xızı Yasamal” və “Baku Fans” komandaları arasında keçirilib. Hesabda öndə olan Yasamal futzalçıları üstünlüyünü sona qədər qoruya bilməsə də, meydanı xalsız tərk etməyib. Heç-heçə komandaya cari birincilikdə ilk xalını qazandırıb. Günün son oyununda “Star karqo” böyükhesablı qələbəyə sevinib. Amma gənclərdən qurulmuş “Baku Fire-2” mübarizliyi ilə yadda qalıb.

 

“Forza Neftçi” – U-19 (2:0) 3:0

“Zirvə Bakı” – “Ulduz” (2:4) 4:6

“Veqa” – ADBTİA (0:5) 0:13

“Xızı Yasamal” – “Baku Fans” (2:2)  4:4

“Star karqo” - “Baku Fire-2” (5:1) 7:3

 

Turun digər oyunları sentyabrın 28-də Olimpik Starda keçiriləcək.

“Harmony Hotel” – “Metropoliten”

28 sentyabr. Olimpik Star. Saat 18:00

Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, İsgəndər Əliyev

AZMİU – “Red Line”

28 sentyabr. Olimpik Star. Saat 19:00

Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, İsgəndər Əliyev

“Yasamal” İSK-2 – “Çinar Cəbrayıl”

28 sentyabr. Olimpik Star. Saat 20:00

Hakimlər: Kənan Məlikov, İsgəndər Əliyev, Vaqif Musayev

“Rayyan” MFK – “Qarabağ Füzuli”

28 sentyabr. Olimpik Star. Saat 21:00

Hakimlər Ramiz Məhərrəmov, Vaqif Musayev, Knyaz Əmiraslanov

“Standard” – “Zəngilan”

28 sentyabr. Olimpik Star. Saat 22:00

Hakimlər Ramiz Məhərrəmov, Knyaz Əmiraslanov, Kənan Məlikov